Azərbaycanda mobil telefonlar da POS-terminal sayılacaq – Qanun dəyişir
Azərbaycanda mobil telefonların və digər elektron cihazların da POS-terminal kimi tanınması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişikliklər POS-terminal anlayışının müasir ödəniş texnologiyalarına uyğunlaşdırılmasını nəzərdə tutur.
Kamran Əhmədov qeyd edib ki, hazırda qanunvericilikdə POS-terminal əsasən ödəniş kartları ilə əməliyyatların aparılması üçün istifadə olunan xüsusi avadanlıq kimi müəyyən edilir. Təklif olunan yeni yanaşma isə POS-terminal anlayışının daha geniş texnoloji imkanları əhatə etməsinə şərait yaradacaq.
“Hazırda qanunda POS-terminal anlayışı əsasən ödəniş kartları ilə əməliyyat aparmaq üçün istifadə olunan avadanlıq kimi müəyyən edilib. Yeni yanaşma isə nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin həyata keçirilməsini əhatə edir”, – deyə nazirlik rəsmisi bildirib.
Kamran Əhmədovun sözlərinə görə, dəyişikliklər nəticəsində yalnız xüsusi POS-terminal avadanlıqları deyil, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil telefonlar və digər son istifadəçi cihazları da POS-terminal hesab edilə biləcək.
Bu yanaşma sahibkarlara ayrıca fiziki POS-terminal avadanlığından istifadə etmədən, uyğun mobil cihazlar və proqram təminatı vasitəsilə nağdsız ödənişləri qəbul etmək imkanı yarada bilər.
Dəyişikliklərin əsas məqsədlərindən biri elektron ticarət və nağdsız ödənişlərlə bağlı qanunvericiliyin müasir texnoloji imkanlara uyğunlaşdırılması, eləcə də qüvvədə olan hüquqi normalar arasındakı ziddiyyətlərin aradan qaldırılmasıdır.
Qeyd edək ki, mobil telefonların POS-terminal kimi istifadə edilməsi üçün onların müvafiq texniki və proqram təminatı tələblərinə cavab verməsi vacibdir. Təklif edilən dəyişiklik bütün mobil telefonların avtomatik olaraq POS-terminal funksiyasına malik olması demək deyil.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, mobil cihazlardan ödəniş qəbulu vasitəsi kimi istifadənin hüquqi əsasları genişlənəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 6 d. əvvəl
-
-
8 d. əvvəl
Azərbaycanın iri bankının yeni törəmə müəssisəsi dövlət qeydiyatına alınıb
-
49 d. əvvəl
Azərbaycanda mobil telefonlar da POS-terminal sayılacaq – Qanun dəyişir
-
59 d. əvvəl
5 rayondan 88,4 min hektar torpaq ayrılır - Milli Parkı yaradılır
-
1 saat əvvəl
Mədəniyyət Nazirliyinin tabeliyində yaradıldı, xərcləri dövlət büdcəsindən ödəniləcək
-
1 saat əvvəl
90 manata istiqraz alıb, 100 manat geri almaq mümkün olacaq – YENİ EMİSSİYA
-
1 saat əvvəl
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
SOCAR yeni şirkət yaradıb - rəhbəri Orxan Cəfərovdur
5 rayondan 88,4 min hektar torpaq ayrılır - Milli Parkı yaradılır
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
İllik 15% gəlirlilik təklif edən BOKT 2 milyonluq istiqraz satışını tamamladı– 50 sifariş verilib, bütün həcm yerləşdirilib
Bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın nəhəng neft platformasından 20 ildə 645 milyon bareldən çox neft çıxarılıb





























