970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Birbank Biznes və Visa qadın sahibkarlara 60 min manat qrant ayıracaq – Qeydiyyat başladı ®

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı. 4 kateqoriya, 8 qalib, 60 min manat.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Birbank Biznes və Visa qadın sahibkarlara 60 min manat qrant ayıracaq – Qeydiyyat başladı ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün dördüncü dalğasına start verir.

“She’s Next in Digital” adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60 000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.

“Bir addımla başla!” şüarı ilə keçirilən proqram qadınlara bizneslərini inkişaf etdirmək, yeni müştərilər qazanmaq və rəqəmsal imkanlardan daha səmərəli istifadə etmək üçün bilik və bacarıqlarını artırmağa kömək edəcək.

Proqramda həm fəaliyyət göstərən biznes sahibləri, həm də öz biznes ideyasını həyata keçirmək istəyən qadınlar iştirak edə bilərlər. Müraciətlər dörd kateqoriya üzrə qəbul olunur: rəqəmsal inkişafı prioritet seçən mövcud bizneslər üçün “Rəqəmsal”, sosial təsir yaradan təşəbbüslər üçün “Sosial”, fəaliyyət göstərdikləri regionların inkişafına töhfə verən bizneslər üçün “Regional”, biznesini qurmağa hazırlaşan və ya ilkin biznes ideyasını inkişaf etdirmək istəyən qadınlar üçün isə “Yeni başlayanlar” kateqoriyası nəzərdə tutulub.

Proqramın sonunda hər kateqoriya üzrə iki qalib olmaqla, ümumilikdə 8 qalib seçiləcək. Onlar bizneslərini inkişaf etdirmək və ideyalarını reallaşdırmaq üçün ümumi məbləği 60.000 AZN olan qrant fondundan maliyyə dəstəyi əldə edəcəklər.

Bu il ilk dəfə olaraq, She’s Next Gəncə və Şəkidə də keçiriləcək. Regionlarda təşkil olunacaq tədbirlər qadın sahibkarlara proqram haqqında ətraflı məlumat almaq, qeydiyyat prosesində dəstək əldə etmək, digər sahibkarlarla təcrübə mübadiləsi aparmaq və uğurlu qadın sahibkarların hekayələrini dinləmək imkanı yaradacaq.

She’s Next in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edəcək. İştirak şərtləri və proqram haqqında ətraflı məlumatı shesnext.az saytından əldə etmək və müraciət etmək mümkündür. Yeniliklər və qarşıdakı tədbirlər barədə məlumat almaq üçün She’s Next WhatsApp icmasına da qoşulmaq olar.

Kapital Bank-ın məhsulu olan Birbank Biznes, sahibkarları və onların bizneslərini səmərəli idarəetmə üçün innovativ və rahat həllər təklif etməklə dəstəkləməyə çalışır. Birbank Biznes müştəriləri canlı söhbət funksiyası vasitəsilə istənilən vaxt kömək ala bilərlər. Sahibkarların vaxta qənaət etməsi və əməliyyatlarını optimallaşdırması üçün nəzərdə tutulan Birbank Biznes sistemi haqqında daha ətraflı məlumat əldə etmək üçün https://birbank.business veb-səhifəsinə daxil olun və ya 896 məlumat mərkəzinə zəng edin.

 

Birbank Biznes Visa She’s Next She’s Next in Digital qadın sahibkarlar qadın sahibkarlığı 60 min manat qrant qadınlar üçün qrant qrant proqramı 2026 biznes qurmaq istəyən qadınlar Kapital Bank sahibkarlara maliyyə dəstəyi yeni biznes ideyaları rəqəmsal sahibkarlıq Gəncə Şəki sahibkarlığın inkişafı shesnext.az qrant üçün müraciət 30 noyabr 2026.
20.10.2026 17:19
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19