Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur
Apple-ın rəsmi tərəfdaşı Azərbaycanda mağazalar şəbəkəsini genişləndirir – Gəncədə yeni mağaza açılırApple-ın Azərbaycandakı rəsmi tərəfdaşı, Apple Premium Partner statusuna malik iSpace mağazalar şəbəkəsini genişləndirir. Şirkət Gəncə şəhərində yeni mağazasını istifadəyə verməyə hazırlaşır.
Marja.az xəbər verir ki, yeni mağaza Gəncə Mall ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərəcək.
Şirkətin sosial şəbəkədə yaydığı məlumata əsasən, yeni mağazanın açılışı münasibətilə 22–25 oktyabr 2026-cı il tarixlərində xüsusi kampaniya keçiriləcək.
Mağazada müştərilər Apple ekosisteminə daxil olan cihazlarla yaxından tanış ola, məhsulları sınaqdan keçirə və mütəxəssislərdən peşəkar məsləhətlər ala biləcəklər.
Açılış kampaniyası çərçivəsində iSpace loyallıq kartı ilə alış-veriş edən müştərilərə 7% qənaət imkanı və ya 18 ayadək faizsiz taksit şərtləri təklif olunur.
Gəncədə yeni mağazanın açılması iSpace-in Azərbaycanın paytaxtından kənarda da pərakəndə satış fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımıdır.
Şirkətin rəsmi saytında təqdim olunan məlumatlara əsasən, iSpace-in Bakıda Gənclik Mall, Dəniz Mall, Park Bulvar Mall, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, eləcə də İnşaatçılar ərazisində mağazaları fəaliyyət göstərir.
Xatırladaq ki, iSpace bir nüçə gün öncə Bakının Gənclik Mall ticarət mərkəzində də yeni mağazasını açıb. Həmin mağazanın açılışı münasibətilə müştərilərə Visa kartları ilə 15% endirim, 18 ayadək taksit və Wallet ödənişlərinə 5% keşbek imkanları təqdim olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 4 saat sonra
-
8 saat əvvəl
SOCAR-da mühüm iclas – Borcların idarə edilməsi və layihələr müzakirə olunub
- 10 saat əvvəl
-
12 saat əvvəl
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək
-
12 saat əvvəl
İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
-
12 saat əvvəl
Azərbaycan pomidor ixracından 307 milyon manata yaxın vəsait əldə edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Ən çox oxunanlar
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
AZAL: 2028-ci il üçün müəyyən edilən hədəfə 3 il əvvəl çatmışıq
Türkiyəli məşhur iş adamı Murat Ülker Bakıya gəlib – “Azersun” ilə gələcək planları müzakirə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























