Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İstiqrazlara dövlət zəmanəti verilərsə, faizlər azı 3 bənd azala bilər

Korporativ istiqraz bazarında yeni mərhələ – Daha aşağı faiz, daha uzun müddət. “PAŞA Kapital”: Zəmanət mexanizmi istiqraz bazarında faizləri azalda bilər
AzVak-mobil_resmin_ustu_31
İstiqrazlara dövlət zəmanəti verilərsə, faizlər azı 3 bənd azala bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi qiymətli kağızların illik gəlirliliyini azalda bilər.

Bunu "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Baş İcraçı Direktoru İsi Mustafayev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl "Azərmaş Group" MМС-nin 10 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları İpoteka və Kredit Zəmanət Fondunun hesabına uğurla yerləşdirilib:

"Burada əsas amillərdən biri də zəmanəti kimin verməsidir. Məsələn, bu gün zəmanətsiz qiymətli kağızlar üzrə repo bazarında orta faiz dərəcəsi 15 % ətrafındadırsa, zəmanət və sığorta sistemlərinin bu bazara daxil olması faiz dərəcələrinin azı 12 %-ə düşməsinə səbəb ola bilər".

"Bu halda investor artıq yalnız yüksək gəlirliliyə deyil, kredit riskinin azalmasına da diqqət yetirəcək. Məhz kredit riskinin azalması qiymətli kağızların müddətinə də təsir göstərir. Əgər bu gün zəmanətsiz bir və yaxud ikiillik qiymətli kağızları rahat yerləşdirmək mümkündürsə, zəmanət mexanizmi tətbiq olunduqdan sonra üç və beşillik kağızları da bazarda rahat yerləşdirmək mümkün olacaq. Ona görə də hesab edirəm ki, institusional zəmanət sisteminin tətbiqi həm kupon gəlirliliyinin aşağı düşməsinə, həm də investor bazasının genişlənməsinə səbəb olacaq. Belə sistem mövcud olduqda institusional investorlar da qiymətli kağızlar bazarında daha fəal iştirak etməyə başlayacaqlar. Bundan əlavə, qiymətli kağızların tədavül müddəti də uzanacaq", - deyə İ.Mustafayev əlavə edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

PAŞA Kapital İsi Mustafayev istiqrazların faizləri korporativ istiqrazlar dövlət zəmanətli istiqrazlar istiqraz gəlirliliyi 15 faiz istiqraz 12 faiz istiqraz Azərbaycanda istiqraz bazarı repo bazarı İpoteka və Kredit Zəmanət Fondu Azərmaş Group 10 milyon manatlıq istiqraz qiymətli kağızlar bazarı institusional investorlar kapital bazarı istiqraz emissiyası istiqrazların tədavül müddəti AMFA XII Azərbaycan Mikromaliyyə Konfransı.
28.10.2026 15:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19