Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Bankların kredit vermək üçün böyük maliyyə imkanı olduğu açıqlanıb. Taleh Kazımov bank sektorunda milyardlarla manatlıq sərbəst vəsaitdən danışdıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edir.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasətinə dair qərarın açıqlanması zamanı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bank sektoru hazırda əhəmiyyətli izafi likvidlik şəraitində fəaliyyət göstərir.

“Məcburi ehtiyatlara dair tələbləri nəzərə aldıqdan sonra bank sektorunun 6,12 milyard manat izafi likvidliyi var. Mərkəzi Bank bu likvidliyi əsasən pul siyasətinin əməliyyat çərçivəsindəki alətlərlə sterilizasiya edir. Əsas alətimiz birhəftəlik depozitlərdir”, – deyə Taleh Kazımov qeyd edib.

Mərkəzi Bankın sədri vurğulayıb ki, bankların həm məcburi ehtiyatlar, həm də likvidlik üzrə prudensial tələbləri yerinə yetirməsindən sonra da kreditləşmə üçün böyük həcmdə vəsait qalır.

“Bütün məcburi ehtiyat və likvidlik tələblərimizi nəzərə alsaq, bankların hazırda kreditləşmə üçün 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Bu proses ötən ilin dördüncü rübündən başlayaraq davam edir”, – deyə o bildirib.

Bu göstəricilər bank sektorunda kreditləşmənin genişləndirilməsi üçün əhəmiyyətli likvidlik potensialının mövcud olduğunu göstərir. Bununla belə, sərbəst vəsaitlərin kreditə çevrilməsi bankların risk qiymətləndirməsindən, kredit tələbindən və borcalanların maliyyə vəziyyətindən də asılıdır.

Taleh Kazımov Azərbaycan Mərkəzi Bankı bankların izafi likvidliyi 4 6 milyard manat 6 12 milyard manat bank kreditləri kreditləşmə məcburi ehtiyatlar pul siyasəti birhəftəlik depozitlər.
30.10.2026 10:28
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19