Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan “PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

Belə ki, “Ziraat Bank Azərbaycan” ASC tərəfindən emissiya edilən ümumi həcmi 15 milyon manat olan korporativ istiqrazlar 30 oktyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın anderrayterliyi ilə açıq yerləşdirmə üsulu ilə tam həcmdə yerləşdirilib.

İnvestorların yüksək fəallığı ilə müşayiət olunan yerləşdirmə çərçivəsində 101 fiziki və 9 hüquqi şəxs olmaqla, ümumilikdə 110 investor tərəfindən 110 sifariş təqdim edilib. İnvestorlar tərəfindən istiqrazlara ümumilikdə 45 milyon 355 min 400 manat həcmində sifariş daxil olub. Nəticədə, istiqrazlara tələb təklif olunan həcmi 3 dəfədən çox üstələyib.

İstiqraz emissiyasının 100 %-lik yerləşdirilməsinə nail olunması “PAŞA Kapital”ın korporativ qiymətli kağızlar bazarındakı güclü mövqeyini və anderraytinq sahəsində peşəkar təcrübəsini bir daha nümayiş etdirir.

Faktiki yerləşdirilmiş istiqrazların investorlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb:

• Hüquqi şəxslər: 14 976 100 AZN (99,84%);

• Fiziki şəxslər: 23 900 AZN (0,16%).

Beləliklə, yerləşdirilmiş istiqrazların əsas hissəsi hüquqi şəxslərin payına düşüb.

Hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz investorlara illik 10% kupon gəliri və 12 aylıq tədavül müddəti ilə təqdim edilib. İstiqrazlar üzrə kupon ödənişləri rüblük əsasda həyata keçiriləcək.

“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.

Ziraat Bank Azərbaycan Ziraat Bank istiqrazları PAŞA Kapital PAŞA Kapital İnvestisiya Şirkəti 15 milyon manat istiqraz 45 milyon manat sifariş 30 oktyabr 2026 10 faiz istiqraz korporativ istiqrazlar istiqraz yerləşdirilməsi 110 investor istiqrazlara tələb 302 faiz tələb hüquqi şəxslər fiziki şəxslər bank istiqrazları anderrayter Azərbaycan kapital bazarı Bakı Fond Birjası qiymətli kağızlar investisiya gəlirliliyi
30.10.2026 17:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19