Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mənzil bazarında son vəziyyət - Oktyabrda qiymətlər yenə artıb

Azərbaycanda mənzil bazarı: Yeni tikililərdə median qiymət 275 min, köhnə tikililərdə 179 min manatdır. Yeni tikililərdə qiymətlər 9,4%, köhnə tikililərdə 6,8% artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzil bazarında son vəziyyət - Oktyabrda qiymətlər yenə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilinə əsasən, hesabat dövründə müxtəlif əmlak seqmentlərində fərqli qiymət meyilləri qeydə alınıb. 

Palatadan Marja.az-a bildirilib ki, təhlilə görə, oktyabrda yeni tikili mənzillərin satış qiyməti üzrə median göstərici 2 888,9 manat/kvadratmetr, AQP indeksi isə 109,4 təşkil edib. Sentyabrla müqayisədə indeks 1,4 faiz yüksəlib. Dekabr 2025-ci ilin baza dövrü ilə müqayisədə artım 9,4 faizə çatıb. Mənzillərin median ümumi satış təklifi 275 min manat olub.

Köhnə tikili mənzillər üzrə median satış qiyməti 2 692,3 manat/kvadratmetr təşkil edib. Bu seqmentdə indeks 106,8 səviyyəsində qərarlaşıb. Aylıq dəyişmənin cəmi 0,04 faiz olması qiymətlərin faktiki olaraq sabit qaldığını göstərir. Bununla belə, ötən ilin dekabr ayı ilə müqayisədə köhnə tikili mənzillərin qiymət səviyyəsi 6,8 faiz yüksəkdir. Median ümumi satış təklifi 179 min manat təşkil edib.

Mənzillərin kirayə bazarında isə sentyabr ayındakı yüksəlişdən sonra müəyyən qiymət korreksiyası baş verib. Yeni tikili mənzillərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr olub. Hər iki seqment üzrə aylıq azalma 1,8 faiz təşkil edib. Yeni tikili mənzillərin kirayə indeksi 100,0-a enərək baza səviyyəsinə qayıdıb. Köhnə tikililərdə isə indeks 106,3 səviyyəsində qalıb ki, bu da baza dövrü ilə müqayisədə 6,3 faizlik artım deməkdir. Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat olub.

Fərdi yaşayış evlərinin satış bazarında daha yüksək artım qeydə alınıb. Oktyabrda bu seqment üzrə AQP indeksi 104,7-yə yüksəlib. Sentyabr ayının göstəricisi ilə müqayisədə artım 5 faiz təşkil edib. Median normallaşdırılmış AHU göstəricisi 670,2, median ümumi satış təklifi isə 197 min manat olub. Palatanın məlumatına görə, AHU göstəricisi yaşayış evlərinin sahə və digər xüsusiyyətlərini nəzərə alan normallaşdırılmış ölçüdür və manat/kvadratmetr qiyməti ilə eyniləşdirilməməlidir. 

Fərdi yaşayış evlərinin kirayə bazarında isə indeks sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb. Aylıq azalma 42,3 faiz təşkil edib. Median kirayə qiyməti 5,33 manat/kvadratmetr olub. AQP bu kəskin dəyişmənin eyni xüsusiyyətlərə malik evlərin kirayə qiymətlərinin eyni nisbətdə ucuzlaşması kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayır. Göstəriciyə yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payının azalması, uzunmüddətli kirayə təkliflərinin üstünlük qazanması, eləcə də müşahidə olunan obyektlərin ərazi və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi təsir göstərə bilər.

04.11.2026 15:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19