970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq

Azərbaycanda ikinci əl mənzillərin satışında ƏDV yalnız qazancdan hesablanacaq – 3 illik güzəşt.İkinci əl mənzillərin satışında ƏDV yükü azaldılır. Mənzil alıb-satan şirkətlərə vergi güzəşti tətbiq ediləcək.Azərbaycanda mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzillərin təkrar satışında ƏDV yalnız qazancdan hesablanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.

Qeyd edilib ki, vergi ödəyiciləri tərəfindən vergi orqanına edilən müraciətlərdə qaldırılan əsas məsələlərdən biri bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan alınan mənzillərin təkrar satışı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.

Hazırda bu cür mənzillərin satışı komisyon ticarəti formasında deyil, mənzillərin yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV tam satış dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız satıcının əldə etdiyi ticarət əlavəsinə deyil, mənzilin ümumi qiymətinə vergi tətbiq edilməsinə səbəb olur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə daha ağır vergi yükü yaradır, ikinci əl mənzil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan alınan mənzillərin təkrar satışı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı. mənzil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.

05.11.2026 12:33
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19