Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
“Stellantis” Avropada avtomobil istehsalını dayandırmağa hazırlaşır – Çin şirkətlərinin rəqabət təzyiqi artır. “Stellantis” Avropada çətin vəziyyətə düşüb – Zavodlarda istehsala fasilə veriləcək/ Çin avtomobilləri Avropa istehsalçılarını sıxışdırır. “Peugeot”, “Citroën” və “Fiat”ın daxil olduğu avtomobil nəhəngi istehsal problemləri ilə üzləşibÇin avtomobil istehsalçılarının artan rəqabəti, yüksələn xərclər və bəzi modellərə tələbin zəifləməsi səbəbindən avtomobil nəhəngi “Stellantis” Avropadakı zavodlarında istehsala yenidən müvəqqəti fasilə verməyə hazırlaşır.
Marja.az xəbər verir ki, şirkət “Peugeot 308” kimi modellərin istehsal edildiyi Fransanın Müluz şəhərindəki zavodunda dekabr ayında bir neçə gün, daha sonra isə dekabrın 23-dən yanvarın 11-dək istehsalı dayandıracağını açıqlayıb.
“Citroën C5 Aircross” modelinin istehsal edildiyi Renn şəhərindəki zavodda isə dekabrın 18-i axşam saatlarından yanvarın 5-dək istehsala fasilə veriləcək. Bu müddətin uzadılması da gündəmdədir.
“Stellantis”in baş icraçı direktoru Antonio Filosa üzərində yeni məhsulların bazara çıxarılması və keyfiyyət problemlərinin aradan qaldırılması istiqamətində görülən işlərin nəticə verdiyini nümayiş etdirmək üçün təzyiq artır. Filosa yüksələn xammal və çip xərcləri fonunda şirkətin ümumi xərclərini azaltmağı hədəfləyir.
Çin avtomobil istehsalçılarının rəqabət təzyiqi artır
Analitiklərin və həmkarlar ittifaqları nümayəndələrinin fikrincə, “Stellantis”in tərəfdaşı olan “Leapmotor” da daxil olmaqla Çin avtomobil istehsalçılarının artan rəqabəti qrupun bəzi modellərinə olan tələbə mənfi təsir göstərir.
“Stellantis” bu həftə yeni və aqressiv rəqiblərin meydana çıxması ilə daha da çətinləşən bazar şərtlərini əsas gətirərək Fransanın Soşo şəhərindəki zavodunda yanvar ayından etibarən təxminən 500 müvəqqəti iş yerini ləğv etməyi planlaşdırdığını açıqlamışdı.
Avtomobil istehsalçısı daha əvvəl elektrik və hibrid “Fiat 500” modellərinin istehsal edildiyi Mirafiori zavodu və Neapol yaxınlığındakı Pomilyano zavodu da daxil olmaqla İtaliyadakı bəzi müəssisələrində istehsala fasilə verilməsinin səbəbləri arasında ehtiyat hissələri və komponentlərin təchizatındakı problemləri göstərmişdi.
Qrupun Avropadakı bir çox zavodunda oktyabr ayında da istehsal müvəqqəti dayandırılmışdı.
Artıq istehsal gücü probleminin həlli Çin tərəfdaşlarında axtarılır
“Stellantis”in Avropa üzrə əməliyyatlarına rəhbərlik edən Emanuele Kappellano İtaliyada keçirilən tədbirdə ölkədəki zavodların enerji xərclərinin ciddi şəkildə artmasına, idxal olunan avtomobillərin yaratdığı rəqabətə və elektrikləşdirmə ilə əlaqədar yüksələn xərclərə diqqət çəkib.
“Bu şərtlər altında İtaliyanın ehtiyac duyduğu istehsalın fasiləsizliyini təmin etmək gündəlik çağırışa çevrilir”, – Kappellano bildirib.
“Stellantis” Avropadakı zavodlarını birdəfəlik bağlamadan artıq istehsal gücü problemini həll etmək üçün Çinin “Leapmotor” və “Dongfeng Motor” şirkətləri ilə əməkdaşlığını dərinləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
8 d. əvvəl
Expressbankdan maaş məbləğindən asılı olmayan kredit təklifi – “Extra Friday”!
- 15 d. əvvəl
-
1 saat əvvəl
Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
-
1 saat əvvəl
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
Ən çox oxunanlar
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
Azərbaycan neftinin son qiyməti
“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Azərbaycanın çay idxalı ixracından 12 dəfə çox olub
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib























