Hyundai-dan sürücülərə sərt mesaj: ”Zolağı pozma!”
Hyundai Azərbaycanda yeni korporativ sosial məsuliyyət layihəsini təqdim edir.
Hyundai-ın ənənəvi “Gələcəyimiz üçün əl-ələ” Korporativ Sosial Məsuliyyət proqramının builki mesajı “Zolağı pozma!” çağırışıdır. Layihənin məqsədi yol hərəkəti iştirakçılarının ən böyük probleminə diqqət yönəltməkdir.
"KİMLƏRİNSƏ HƏYATI TIXACLARDAN ASILI OLUR"
“Korporativ sosial məsuliyyətin Hyundai-ın marka fəlsəfəsində yeri əhəmiyyətlidir. Bu brend ictimaiyyətin yaşadığı problemlərin həllinə töhfəsini verməyi özünə borc bilir. Yollarda sıxlıq və tıxaclar vaxtımızın böyük hissəsini əlimizdən almaqla, onu daha faydalı keçirməyimizə mane olur. Ən acınacaqlısı da odur ki, təxirəsalınmaz yardıma gedənlər bu tıxaclarda qalırlar, kimlərinsə həyatı bu tıxaclardan asılı olur. Sıxlıq və tıxacların yaranmasının əsas səbəblərindən biri avtomobil sürücülərinin zolaqla hərəkət etməməsi, biri-birini sıxışdırmasıdır. Buna görə də başladığımız bu kampaniya çərçivəsində ictimaiyyətin diqqətini məhz hərəkət zolağına yönəldəcək, sürücüləri məsuliyyətli olmağa çağıracağıq” – Hyundai Azərbaycanın marketinq direktoru Rauf Cahangirov layihə barədə belə bildirib.
Layihənin həyata keçirilməsində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi Hyundai-ın rəsmi tərəfdaşıdır. Kampaniya üçün seçilmiş brend səfirləri Hyundai-a layihənin mesajını yaymaqda dəstək verəcəklər. Brend səfirləri arasında “Avtostop” radio verilişinin aparıcısı, yol hərəkəti qaydaları eksperti - DJ Tural, aparıcılar Fateh və Rəvan da var. Kampaniya müddətində “Zolağı pozma”maq barədə təlimlər keçirilərək, verilişlər və xüsusi aksiyalar təşkil olunacaq.
"SÜRÜCÜLƏRİN YOLLARDA MƏSULİYƏTSİZLİYİ DAVAM EDİR"
Layihənin təqdimat mərasimində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Hyundai-ın bu təşəbbüsünü alqışladığını bildirib.
“Bu qədər böyük sayda istifadəçisi olan dünya markasının sürücülərimizi maarifləndirməsi və onların yolda qarşılaşdıqları əsas problemə diqqət çəkməsi çox sevindirici haldır” – deyən Vaqif Əsədov bu il baş vermiş yol hərəkəti hadisələri ilə bağlı rəqəmləri də açıqlayıb. “2017-ci il yanvarın 1-dən sentyabrın 25-dək Bakı şəhərində 454 yol hadisəsi baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəml azalsa da, sürücülərin yollarda məsuliyyətsizliyi, təəssüf ki, davam edir”- polkovnik-leytenant əlavə edib. Vaqif Əsədov baş verən yol hadisələrinin 30%-ə qədərinin məhz hərəkət zolağının pozulması nəticəsində baş verən təhlükəli manevrlərlə törədildiyini vurğulayıb.
"BÜTÜN PROBLEMLƏRİN HƏLLİNİ POLİSDƏN GÖZLƏMƏMƏLİYİK"
Hyundai Azərbaycan-ın Biznesin inkişafı bölməsinin rəhbəri Vüqar Bayramov sürücüləri sosial məsuliyyətli olmağa çağırıb: “Biz bütün problemlərin həllini Dövlət Yol Polisindən gözləməməliyik. Hər birimiz öz öhdəmizə düşən məsuliyyəti dərk etməli və məsuliyyətli sürücü olmalıyıq”.
“Gələcəyimiz üçün əl-ələ” Hyundai Hyundai Azərbaycanın sosial məsuliyyət proqramıdır. 2008-ci ildən həyata keçirilməyə başlanan layihə çərçivəsində müxtəlif illərdə valideynlərini avtomobil qəzasında itirmiş uşaqlara yardımlar göstərilib, internat məzunlarının cəmiyyətə inteqrasiyasını və peşə seçimini nəzərdə tutan, sonunda yüksək nəticə göstərənləri “Hyundai-Azərbaycanda” işlə təmin edən “Sən də varsan!” layihəsi reallaşdırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























