"Mikromaliyyələşdirmə bazarının 50%-nə nəzarət edirik"
"AccessBank" biznesin kreditləşməsində ticarətdən aqrar sektora keçidi müşahidə edir"
"Bank sektoru yerli biznesə dəstək baxımından olduqca vacib rola malikdir".
Bu barədə "AccessBank"ın Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.
Departament rəhbərinin sözlərinə görə, yerli və xarici maliyyə mənbələrinin mövcudluğu iqtisadiyyatın vacib sektorlarına dəstək verən banklar üçün mühüm amildir.
"Real sektorun, xüsusilə aqrar sahənin inkişafı və ixracın həcminin artırılması Azərbaycan hökuməti üçün prioritet hesab olunur. Bu sektorların stimullaşdırılması üçün ölkədə Sahibkarlara Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir. Adıçəkilən Fond müvəkkil banklar vasitəsilə sahibkarlara güzəştli kreditlər verir. Cari ilin mart ayından etibarən biz aqrar sektorun kreditləşməsində canlanma müşahidə edirik. SKMF-nin 2016-cı il üzrə hesabatına əsasən, Fondun ayırdığı kreditlərin 80%-i aqrar sektorun payına düşüb. Öz növbəsində mikromaliyyələşdirmə bazarının 50%-nə nəzarət edən "AccessBank" biznesin kreditləşməsində ticarətdən aqrar sektora keçidi müşahidə edir", - deyə G. Cəlilova vurğulayıb.
Xanım bankir deyib ki, beynəlxalq maliyyə təsisatları tərəfindən ayrılan kreditlər və digər maliyyə vəsaitləri yerli müəssisələrin vacib maliyyə mənbələrindən biri hesab olunur:
"Bu xüsusda maliyyə vəsaitlərinin cəlb olunması zamanı əsas şərtlər kimi ölkədə əlverişli investisiya mühitinin mövcudluğu və müsbət iqtisadi perspektivlər götürülür. Mövcud iqtisadi vəziyyətdə isə beynəlxalq kreditorlar yerli bankların maliyyələşdirilməsi zamanı bir qədər mühafizəkar yanaşma nümayiş etdirir. Buna baxmayaraq, stabil məzənnə və ÜDM-in mərhələli şəkildə artması müsbət tendensiyadan xəbər verir".
Bank rəsmisi əlavə edib ki, iqtisadi göstəricilərdə müşahidə olunan müsbət tendensiya, monetar stabillik, inflyasiyanın geriləməsi yaxın vaxtlarda maliyyə axınını stimullaşdıracaq.
"İxracın stimullaşdırılması ilə yanaşı manatın devalvasiyası turizmin inkişafına müsbət təsir edir. Bildiyimiz kimi, hökumət turizm sektorunun inkişafını prioritet elan edib. Bu baxımdan banklar bu sektorun maliyyələşdirilməsi üçün imkanlara malik olmalıdırlar", - deyə o qeyd edib.
G. Cəlilova əlavə edib ki, milli valyutanın devalvasiyaya uğraması idxalçılara neqativ təsir edib: "Şirkətlərin xərcləri artıb, bu isə qiymət artımına səbəb olub. Bu neqativ təsiri yumşaltmaq üçün idxalın əvəzlənməsi və analoji sahədə fəaliyyət göstərən yerli müəssisələrin yaradılması olduqca vacibdir. Bu isə yerli istehsalçılara, xüsusilə kiçik sahibkarlara kifayət qədər güclü maliyyə dəstəyinin verilməsini zəruri edir".
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
- 7 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
-
1 saat əvvəl
Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub
-
1 saat əvvəl
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
İran elan etdi: Neft daşıyan 4 gəmi vurulub
Ən çox oxunanlar
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti” ®
Metropoliten rəisinə yeni müavin təyin olundu
Oktyabrın 23-də gözlənilən hava şəraiti
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri üçün yeni tələb müəyyənləşəcək
Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşib






















