13 milyard manatı "yedik-içdik"
 
 Azərbaycan əhalisi ayda 40 manat daha çox xərcləyib
2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
| Məhsul qruplarının adları | Satışdan gəlir,milyon manatla | 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə | 
| Pərakəndə ticarət dövriyyəsi | 24 800,8 | 102,1 | 
| o cümlədən: | ||
| ərzaq məhsulları | 11 364,1 | 101,5 | 
| içkilər və tütün məmulatları | 1 192,0 | 100,3 | 
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 482,4 | 103,3 | 
| elektrik malları və mebellər | 1 564,4 | 102,3 | 
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 187,7 | 102,0 | 
| əczaçılıq və tibbi mallar | 341,1 | 101,5 | 
| avtomobil yanacağı | 1 282,5 | 99,5 | 
| digər qeyri-ərzaq məhsulları | 4 386,6 | 103,9 | 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalar üzrə 1,2 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,0 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 22 d. əvvəl
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 
                     24 d. əvvəl
                    Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat gəlirləri 225 milyon manatdan çoxdur 
- 
                     28 d. əvvəl
                    "Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilibib" 
- 
                     36 d. əvvəl
                    Amazon şirkətinin satışları artıb - 3 ayda 180 milyard dollar gəlir 
- 
                     40 d. əvvəl
                    InvestAZ və Naxçıvan Dövlət Universiteti maliyyə bazarları üzrə praktik seminar təşkil etdi 
- 
                     1 saat əvvəl
                    iPhone satışları artıb, Apple rekord məbləğdə gəlir əldə edib 
- 1 saat əvvəl
- 
                     2 saat əvvəl
                    Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO 
- 2 saat əvvəl
- 
                     17 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Elm və Təhsil Nazirliyində yoxlamalar başlayıb
 
                                InvestAZ və Naxçıvan Dövlət Universiteti maliyyə bazarları üzrə praktik seminar təşkil etdi
 
                                Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
 
                                Rəsmi məzənnələr açıqlandı
 
                                Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
 
                                Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya!
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                
 
                         
                    





 
                             
                             
                            .jpg)







 
                                     
                                     
                                     
                                    

