Bakıda nüfuzlu brendlərin satış-sərgi salonu açıldı - ZƏNGİNLİYİN ÖZ MEYARI VAR
İndi yüksək zövqlü insanlar fərqli ev və ofiz məkanlarının interyerlərinin planlaşdırılmasını sifariş edərkən çətinlik çəkməyəcəklər.
Dünən Bakıda, Babək prospekti 31H ünvanında yerləşən Riçh Plazada "Rich İnterior" sərgi-satış mərkəzinin təqdimatı olmuşdur.
Bu tədbirə iş adamları, memarlar və interyer dizaynerləri, habelə İtaliyadan qonaq sifətində gələn adlı-sanlı mütəxəxəssislər dəvət olunmuşdurlar. Yeni sərgi-satış mərkəzi 2 mərtəbə olmaqla, 2000 kvadrat metr sahəni əhatə edir.
Müştərilərin salonda hərəkəti üçün rahat və loqistik naviqasiya sistemi qurulmuşdur. Məqsəd hər bir alıcının onu maraqlandıran suallara kifayət qədər geniş və əhatəlibilgi almasına, tələsmədən vədoğru seçim etməsinə, habelə konsultantların yardımından məmnun qalaraq öz seçimindən əmin olmasına əməli dəstək verməkdən ibarətdir.
Burada təklif olunan çeşidli məhsullar əsasən dörd qrupa bölünmüşdür. Tələbkar alıcılara geniş seçim imkanı daxilində yüksək keyfiyyətli, müasir interyer tələblərinə tam uyğun gələn kafel, metlax, keramika, taxta və parket döşəmələr, mətbəx və hamam mebellləri, hamam aksessuarları və santexnika, divar kağızları və işıqlandırma avadanlıq və sistemləri təklif olunur.
"Rich Interior"da diqqəti çəkən zəngin interyer aksessuarlarının və avadanlıqlarının önəmli cəhətlərindən biri də ən nüfuzlu brendlərin satış-sərgi salonunda layiqincə təmsil olunmasıdır. Burada "Ladiva", "Petracers", "Casalgrande Padana", "Ypsilon", "Eurodesign", "GAİA", "Mobili Di Castello", "Scavolini", "Viega", "THG", "Nicolazzi" kimi əfsanə brendlərin özəl məhsullarını görmək xoşdur.
İndi yüksək zövqlü insanlar fərqli ev və ofiz məkanlarının interyerlərinin planlaşdırılmasını sifariş edərkən çətinlik çəkməyəcəklər. Memarlar isə geniş seçim sərbəstliyi qazanacaqlar və bu da öz növbəsində daha ciddi və cəsarətli, müasir və eksklüziv interyer dizaynları yaradıcılığında memarların təxəyyülünə yeni təkan verəcəkdir.
Beləliklə, Bakıda gözəl məkanların zəngin tərtibatı və tamamlama işləri üçün daha yüksək standartlı sərgi-satış məkanı qapılarını alıcılarının üzünə taybatay açır.
Rich İnterior-un müştəriyə verəcəyi yüksək dəyər onları istədikləri zənginlik məkanına qovuşdurmaq istəyidir. Çünki Rich İnterior müasirhəyat tərzinin mükəmməl zənginlik meyarının təbliğində önəmli rol oynadığına xüsusi əhəmiyyət verir.
Yüksək zövq nişanəsi olmaqla bərabər, ən önəmlisi, gələcəyə bağlı işıqlı həyat və iş məkanlarının yaradılması istəyinin parlaq ifadəçisidir.
Qeyd edək ki, "Rich Interior" markasının brendləşdirilməsi "Amedia" reklam agentliyinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
14 d. əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
-
19 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
Ən çox oxunanlar
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO














.jpg)





