Dollar "Teylor" xəbərilə bahalaşır
ABŞ Prezidenti Donald Trumpın Fed sədri vəzifəsi üçün Con Teyloru (John Taylor) düşündüyü barədə xəbər yayılıb. "Marja" xəbər verir ki, Dollar xəbər ilə mühüm valyutalar qarşısında bir həftənin ən yüksək səviyyəsinə qalxıb.
Məsələyə yaxın mənbələrə görə, ötən həftə Tramp Teylor ilə görüşüb və o Prezident Trumpa müsbət bir təsir bağışlayıb. Bu xəbər Dolların mühüm pulların çoxu qarşısında dəyər qazanmasına səbəb olur. Çünki Teylor Fed-in faizlərii qaldırmasının tərəfdarıdır.
"Taylor-Trump görüşündən müsbət nəticə çıxması dollar üçün də müsbətdir. Teylora görə, Fed daha çox faiz artırmalı idi və hələ də bunu gecikmədən etməlidir. Yəni Teylor, Fed Sədri vəzifəsini təhvil alsa, bu, ABŞ faizləri üçün "şahin" bir vəziyyətdir",- analitiklər bildirirlər.
Bakı vaxtı ilə 15:00-da Avro Dollar məzənnəsi 1.1759 səviyyəsinə geriləyib (Dollar bahalaşıb, Avro ucuzalşıb).
ABŞ Prezidenti Trump, Fed-in növbəti sədri məsələsində seçim etmədən əvvəl, hazırkı sədr Yellen ilə də görüş keçirəcək.
Trump seçki kampaniyası zamanı Yelleni sərt bir şəkildə tənqid etmiş, ancaq son aylarda daha yumşaq bir dil istifadə etməyə başlamış və vəzifəsini davam etdirə biləcəyini düşündüyünü bildirmişdi. Trump, ötən ay mətbuat nümayəndələrinə verdiyi açıqlamada, "Ondan razıyam və ona hörmət edirəm, ancaq hələ qərarımı verməmişəm" demişdi.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























