ADA Universiteti və "SOCAR Capital" birgə konfrans keçirib
Oktyabrın 20-də ADA Universiteti və "SOCAR Capital" şirkətinin təşkilatçılığı ilə "Qlobal Kapital Bazarlarında Fəaliyyət və Uğurlar" mövzusunda konfrans keçirilib.
"SOCAR Capital" şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, ADA Universitetində təşkil olunan konfransda dünyanın və Azərbaycanın kapital bazarlarında baş verən proseslər, ölkəmizdə bu sahədəki yeniliklər və əldə edilən uğurlar, eləcə də, gələcəkdə maliyyə və kapital bazarlarında gözlənilən dəyişikliklər və bu prosesdə texnoloji yeniliklərin rolu barədə müzakirələr aparılıb.
Konfransda ADA Universitetinin tələbə-müəllim heyəti, SOCAR rəhbərliyi, «SOCAR Capital» şirkətinin rəhbərliyi və ekspertləri, ölkənin bir sıra bank və biznes strukturlarının nümayəndələri, müstəqil ekspertlər və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə qlobal kapital bazarları, bu sahədəki yeniliklər, texnoloji yeniliklərin rolu ilə bağlı maraqlı təqdimatlar edilib.
"İqtisadiyyat 2.0" mövzusunda təqdimatla çıxış edən maliyyə bazarları üzrə Türkiyənin tanınmış eksperti, SOCAR-ın Kapital Bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu dünyada baş verən texnoloji yeniliklər və bu yeniliklərin maliyyə-kapital bazarlarına təsiri, eləcə də, qarşıdakı 10 il ərzində gözlənilən yeniliklər haqqında danışıb. A.Ağaoğlu bildirib ki, hazırda davam edən texnoloji inqilab dünya iqtisadiyyatının quruluşunu və xəritəsini sürətlə dəyişməkdədir. Yeni texnologiyalara əsaslanan "rəqəmsal dünya" və yeni istehlakçılar təbəqəsi formalaşır, yeni enerji mənbələri isə neft bazarını kökündən dəyişir. Kapital bazarlarında yaranan yeni xidmətlər və məhsullar, o cümlədən kriptovalyutalar ənənəvi xidmətlərlə rəqabətdədir. Bütün bunlar insanların həyatına və yaşam tərzinə də ciddi yeniliklər gətirəcək.
Konfransda “PASHA Holding”-in İdarə Heyəti Sədrinin 1-ci müavini Cəlal Qasımov "Kapital bazarları bank sektorunun inkişafına necə dəstək verə bilər?" mövzusunda təqdimatla çıxış edib.
Onun sözlərinə görə, hazırda yeni yanaşmalara əsasən, kapital bazarları və bank sistemi bir-birini tamamlamalı və bir yerdə inkişaf etməlidir. Təqdimatda bildirilib ki, Azərbaycanda bank sisteminin kapital bazarlarından geniş maliyyələşmə təmin edə bilməməsi əsasən bazarın dərin olmaması ilə əlaqədardır. Belə ki, kapital bazarlarının dərinliyini xarakterizə edən göstəricilər üzrə Azərbaycan bir sıra dünya ölkələrindən, o cümlədən orta gəlirli ölkələrin orta göstəricisindən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə ölkədə həmin sahənin inkişafı üçün böyük potensialın olduğunu göstərir. C.Qasımov bildirib ki, kapital bazarları və bank sistemi arasındakı əlaqənin işlək hala gəlməsində əsas şərtlərdən biri maliyyə və real sektordakı şəffaflıqdır.
Tədbirdə "Kapital bazarları. Yeni era" mövzusunda təqdimatla çıxış edən Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov, Azərbaycanın qiymətli kağızlar bazarı, buradakı alətlər, bazar iştirakçıları, emitent və investorlar üçün yaradılan imkanlar haqqında geniş məlumat verib. Onun sözlərinə görə, kapital bazarınının inkişafı üçün texnoloji, qanunvericilik və qabaqcıl xarici təcrübəyə əsaslanan yeniliklər edilib, Bakı Fond Birjasında müasir bazar infrastrukturu qurulub. Son dövrlər qiymətli kağızlar bazarında baş verən ən mühüm yeniliklərdən biri isə çevik və likvid maliyyə aləti olan SOCAR İstiqrazlarının buraxılması olub. BFB rəhbəri bildirib ki, yeni tenxnologiyalar kapital bazarlarına da ciddi yeniliklər gətirib, o cümlədən investorların bazarlara çıxışını sadələşdirib.
Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimatlar interaktiv müzakirələr və sual-cavabla davam edib.
Konfransda belə tədbirlərin və burada səslənən məlumatların tələbələr üçün olduqca vacib və faydalı olduğu qeyd edilib. Bildirilib ki, bu biliklər sürətlə dəyişən iqtisadi aləmdə gənc mütəxəssislərin formalaşması və onların gələcək fəaliyyəti üçün mühüm rol oynayır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 8 d. əvvəl
-
-
19 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 23 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®

























