Bir ünvandan 7 şirkət qeydiyyata alındı
Azərbaycanda eyni ünvanda qeydiyyatda olan şəxs bir neçə iri şirkət yaradıb.
“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana görə, “Şəki Ət və Süd Məhsulları” MMC dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 9,028 mln. manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Asif Məhəmmədovdur. Şirkətin Müşahidə Şurasına Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov daxildir.
Bundan başqa, nizamnamə kapitalı 21 mln. 577,5 min manat olan “Şəki Kərpic İstehsalı” MMC də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Tahir Alıyevdir. MMC-nin Müşahidə Şurasına Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev daxil olub.
“Şəki Heyvandarlıq” MMC də dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi isə Elşən Ağalarovdur. MMC-nin Müşahidə Şurası Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanovdan ibarətdir.
Dövlət qeydiyyatına alınan “Mingəçevir İzolit” MMC-nin nizamnamə kapitalı isə 14,855 mln. manatdır. Şirkətin qanuni təmsilçisi İsmayıl Məmmədovdur. MMC-nin Müşahidə Şurasına isə Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov daxildir.
Vergilər Nazirliyinin qeydiyyata aldığı şirkətlərdən biri də nizamnamə kapitalı 30 mln. 111,978 min manat olan “Azərtütün” MMC-dir. Şirkətin qanuni təmsilçisi Fazil Rüstəmovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyevdir.
“Şəki İpək İstehsalı” MMC də adları yuxarıda qeyd edilən şirkətlərlə yanaşı dövlət qeydiyyatından keçib və onun nizamnamə kapitalı 37,550 mln. manatdır. Şirkətin qanuni təmsilçisi Nizami Qəribovdur, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxildir.
“Azərpambıq” MMC-nin nizamnamə kapitalı isə 82 mln. 343,854 min manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Tural Eyvazovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimovdur.
Adları yuxarıda qeyd edilən şitkərlərin hər biri iyulun 17-də qeydiyyatdan keçib. Şirkətlərin hüquqi ünvanları eynidir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033 (Qlobus Plaza).
© APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
2 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 3 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























