"Hələ ən pis nöqtəni görməyib"
Maliyyə bazarları üzrə mütəxəssis Orxan Bağırov Mərkəzi Bankın 4%-lik alış-satış koridor məhdudiyyətini ləğv etməsinə münasibət bildirib.
“Marja” xəbər verir ki, mütəxəssis yazıb:
Mərkəzi Bank 4%-lik alış-satış koridor məhdudiyyətini ləğv etdi. Beləliklə bundan sonra banklar valyutaları istədikləri qiymətə alıb-sata biləcəklər.
Bu nə deməkdir?
1. Qara bazar ləğv olunacaq. Bankların istədikləri qiymətə valyuta sata bildikləri mühitdə qara bazarın mahiyyəti itir.
2. Mərkəzi Bank ABŞ Dollarının ucuzlaşdığını görüb bahalışdırmaq istəyəndə hərracda ABŞ Dolları satmayacaq, və əksinə dolların lazımıından çox bahalaşdığını görəndə intervensiya edəcək.
Bəs bu əvvəlki, 21 dekabr 2015-ci il qərarından nə ilə fərqlənir?
1. Mərkəzi Bank bu qərardan sonra ABŞ Dollarının məzənnəsini kəskin qaldırmaqla, ABŞ Dollarını ucuz satmamaq mesajını vermişdi. Ona görə də gözlənti ABŞ Dollarının qalxmasına istiqamətlənmişdi ki, insanlar aktivlərini sürətlə dollara konvertasiya etməyə başladılar.
2. Mərkəzi Bank bu dəfə məzənnəni sərbəst buraxmaq elanı verməmişdən arxasındakı gücü elan etdi, və Neft Fondundan 4.2 mlrd dollar yanlız intervensiya məqsədi ilə balansına köçürtdü. Bundan əvvəlki qərarda isə insanlar MB-nin məzənnəni sərbəst buraxdıqdan sonrakı addımını təsəvvür belə edə bilmirdilər. Lakin, indi MB açıq aşkar elan edir ki, məzənnə mənim siyasətim xaricinə çıxarsa intervensiya edəcəyəm.
3. Artıq əhali dolların bahalaşmağının da nə olduğunu bunun hansı fəsadlarının olduğunu və qısa müddətli perspektivdə bunun olmasının bizə yanlız ziyan olduğunu anladı. Buna görə də, artıq insanların manatın bahalaşması ilə bağlı içində saxladıqları gizli istək özünü daha çox biruzə verəcək ki, bu da dolların ucuzlaşması üçün əlavə amildir.
Bəs manat ilə digər sərbəst üzən valyutaların, məsələn TL-nin fərqi nədir?
TL və digər sərbəst valyutaların ucuzlaşmaq ehtimalı manatdan daha azdır, çünki digər iqtisadiyyatlarda xarici investorlar çoxdur, hansı ki, onlar ölkədə iqtisadi vəziyyətin pisləşdiyini düşündükdə aktivlərini satıb ölkədən çıxma qərarı verirlər. Məsələn, Türkiyədəki aktivləri satmaq TL-ni satmaq deməkdir, hansı ki, bu da öz növbəsində TL-nin kursunu olduqca zəifləməsinə gətirib çıxarır. Yanlız bu manat üçün keçərli deyil. Azərbaycanda olan xarici investorların böyük hissəsi neft sektorundadır və onlar pullarını onsuzda manatda qazanmadığı üçün ölkədə vətəndaş müharibəsi xaric digər hallar onları bir o qədər də maraqlandırmır. Bunun üçün manatın Azərbaycanda kütləvi satışı olsa belə onlar yenidən tələb şəklində qayıdacaqdır, çünkü satan investor yenə də pulunu burda xərcləməlidir.
Üzən məzənnənin Azərbaycana nə xeyri olacaq?
1. Düşünürəm ki, üzən məzənnə yanlız məzənnənin təyin olunması məsələsini həll etmir o həm də iqtisadi əsasları müəyyən edir. Məsələn hər hansı ölkənin inkşaf dövründə ən pis və ən yaxşı nöqtələri vardır. Bu ölkələrin yaxşı dövləri isə ən pis nöqtəsindən sonra başlayır, çünki texniki olaraq onun olduğu ən pis nötqədən daha pis nöqtə yoxdur.
Bu mənada, düşünürəm ki, Azərbaycan hələ ən pis nöqtəni görməyib, amma buna ehtiyac var ki, artıq oradan inkşafa davam edək. Azərbaycan iqtisadiyyatı öz dibini görməsə inkşaf etməyə başlaya bilməyəcək.
2. Aktivləri qiymətləndirmək daha asan olacaq, bazardakı tələb təklif bilinəcək, statistik baza zənginləşəcək və bazar səmərəli hala gələcək.
Bundan sonra nə gözləyək?
Unutmayın ki, biz Azərbaycanlıyıq və bu ölkədə yaşayırıq. Bu ölkəni kimsə düzəldəcəksə o bizdən başqası deyil. Şikayətlənməyi, bir-birini günahlandırmağı qırağa qoyub iş görmək və Azərbaycanın gələcəyini qurub övladlarımıza daha yaşanılası bir ölkə buraxmaq laızmdır, bütün problemlərə baxmayaraq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
9 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
10 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















