Ən böyük "Araz" açılır
ARAZ SUPERMARKETLƏR ŞƏBƏKƏSİ ƏN BÖYÜK FİLİALINI AÇIR
“Siz harada, Araz orada” sloqanına sadiq qalan Araz Supermarketlər şəbəkəsi noyabrın 14-ündə Sumqayıt şəhərində ən böyük filialının açılışını edəcəkdir.
"Marja" xəbər verir ki, Sumqayıt şəhərində açılacaq bu filial ilə Araz Supermarketlər şəbəkəsinə daxil olan mağazaların sayı 67-yə yüksələcək.
Sumqayıt şəhəri, 9-cu mkr, Üzeyir Hacıbəyov küçəsi 23 ünvanında yerləşən marketin daxili sahəsi 2200 kvadrat metrdir. Marketin həyətyani sahəsində müştərilərin avtomobillərini rahat park etməsi üçün 100 yerlik pulsuz dayanacaq yeri vardır.
Yeni filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süt və süt məhsulları, qida, gigyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcədir. Marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən siz müxtəlif növ şirniyyat və bulkular, tortlar, hazır yeməklər, isti təndir çörəyi və s. əldə edə biləcəksiniz.
Marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və kampaniyalar nəzərdə tutulmuşdur. Belə ki, marketdən 100 manatlıq alış-veriş edən hər bir bonuskartlı müştəriyə Türkiyə istehsalı olan 26 sm-lik Akyıldız tava hədiyyə olunacaqdır. Açılışla əlaqədar endirim və kampaniyalar 14-15-16 noyabr tarixlərini əhatə edəcəkdir. Endirim kampaniyaları haqqında ətraflı məlumatı http://arazmarket.az/aksiyalar/26 ünvanından və Araz Supermarketlərin rəsmi sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
2011-ci ildən fəaliyyət göstərən Araz Supermarketlər şəbkəsi daima müştəri məmnuniyyətini düşünərək yüksək xidmət və keyfiyyətə önəm verir, o cümlədən ucuz qiymətlə müştərilərinə xidmət göstərir. Qeyd edək ki, Araz Supermarketlər şəbəkəsinin İmişli, Şamaxı, Zaqatala və digər rayonlarda da yeni filiallarının açılışı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 1 d. əvvəl
-
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
28 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 38 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Ən çox oxunanlar
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın


















