“E-Pul-la ödə, E-Pul-la qazan” - START VERİLDİ
2017-ci ilin dekabrın 1-dən etibarən, “Paysis” şirkətinə məxsus olan və yerli bazarda üç ildən artıq fəaliyyət göstərən E-Pul onlayn ödəniş sistemi yeni stimulaşdırıcı lotereyaya start verir. “E-Pul-la ödə, E-Pul-la qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu 1 (bir) ədəd Apple iPhone X modelli mobil telefondur.
Lotereya 1 dekabr 2017-ci il - 10 mart 2018-ci il tarixlərini əhatə edəcəkdir.
Lotereyada iştirak etmək istəyən şəxslərin e-pul.az saytında qeydiyyatdan keçmələri zəruridir.
Lotereyanın şərtləri və uduş fondunun oynanılması qaydası:
-Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 50.000 (əlli min) bonus xala bərabərdir.
-İstifadəçi E-Pul Hesabında Bonuslar bölməsini seçir və Lotereya bölməsinə daxil olaraq, 50.000 (əlli min) bonus xalını 1 (bir) eyniləşdirmə nömrəsinə dəyişə bilər. Eyniləşdirmə nömrəsinin sayına görə heç bir məhdudiyyət qoyulmayıb, bu da iştirakçıların qalib olma şansını artırır. Belə ki, istifadəçi bonusların sayı müqabilində eyniləşdirmə nömrəsi əldə edə bilər.
Məlumat üçün bildirək ki, istifadəçilər E-Pul.az vasitəsi ilə yerinə yetirdikləri ödəniş müqabilində bonus xala sahib olurlar.
İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi-10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.
"E-Pul-la ödə, E-Pul-la qazan" stimullaşdırıcı lotereya 2018-ci il martın 11-də saat 12:00-da Facebook sosial şəbəkəsində online olaraq keçiriləcək. Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə -https://www.random.org sayt vasitəsi və Münsiflər heyətinin nəzarəti ilə seçiləcək və qalib canlı yayımda müəyyən olunacaq.
Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod göndəriləcək. Həmin kodu və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.
11 mart saat 12:00-da nəticələr elan olunduqdan sonra, lotereyanın qalibi olan şəxs 90 iş günü ərzində müraciət edə bilər. 90 gün keçdikdən sonra, 1 ay ərzində uduşunu əldə edə bilər.
Lotereya keçirildiyi müddətdə kampaniya ilə bağlı xəbərlər və postları #mendeiphoneisteyirem həştəqi ilə hamıya açıq şəkildə (publik) paylaşan istifadəçilər arasında hər həftə Random.org vasitəsi ilə qalib seçiləcək. Qalib şəxs E-Pul.az tərəfindən 100 min Bonusla mükafatlandırılacaq.
Hər birinizi lotereyada iştirak edib, şansınızı sınamağa dəvət edirik. www.e-pul.az
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
3 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
8 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















