“ABAD”, Məsləhət Mərkəzi ilə Memorandum imzalayıb
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs arasında “Kənd təsərrüfatı sahəsində informasiya məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.
Memorandumun məqsədi kənd təsərrüfatı və aqrobiznes sahəsində informasiya məsləhət xidmətlərinin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı AEİMM və ABAD arasında tərəfdaşlıq əlaqələrinin yaradılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsidir.
Görüşdə nazir müavini SeyfəddinTalıbov qonaqları səmimi salamlayaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji yol Xəritəsi”ndə qarşıya qoyulan əsas hədəflərdən birinin də informasiya məsləhət xidməti şəbəkəsinin yaxşılaşdırılması olduğunu qeyd edib və birgə əməkdaşlığın bu sahənin inkişafına təkan verəcəyini nəzərə çatdırıb.
Nazir müavini SeyfəddinTalıbov “ABAD” publik hüquqi şəxs tərəfindən bölgələrdə həyata keçirilən layihələrin nəticələri ilə tanış olduğunu, bu əməkdaşlığa böyük önəm verdiyini, bu sahədə hüquqi bazanın yaradıldığını və görülən işlərə nazirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini diqqətə çatdırıb.
Nazir müavini Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə çoxşaxəli qurumlarının olmasını qeyd edərək Elmi-təqqiqat İnstitutlarının yerlərdəki təcrübə-sınaq stansiyalarından, alimlərin potensial imkanlarından, torpaq analizlərinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 11 regional aqrokimya laboratoriyasının, arıçılıq mərkəzinin, həmçinin Süni Mayalama Mərkəzinin imkanlarından istifadə olunması üçün əlverişli şəraitin olduğunu bildirib.
Seyfəddin Talıbov Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinin Aqrobiznesə maliyyə yardımı subkomponenti çərçivəsində dəyər zəncirlərinin inkişaf etdirilməsi ilə həyata keçirilən mikrolayihələrlə “ABAD” publik hüquqi şəxsi tərəfindən həyata keçirilən layihələrin əlaqələndiriıməsini məqəsədəuyğun hesab edib.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev səmimi qəbula görə minnətdarlığını bildirərək təşkilatın əsas fəaliyyət istiqamətləri, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib, bu işlərdə kənd təsərrüfatı nazirliyinin daim dəstək göstərdiyini, müvafiq qurumlar və şöbələrlə sıx əlaqələrin qurulduğunu qeyd edib, Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən quruculuq işləri, yeni qurulmuş laboratoriya və tələbə yataqxanaları ilə tanış olduqlarını nəzərə çatdırıb və bu əməkdaşlıqdan məmnun olduğunu bildirərək birgə fəaliyyətin aqrar sahədə kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcəyini qeyd edib. Rüfət Elçiyev “ABAD” publik hüquqi şəxsin ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlıqlarından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





