Bank Respublika “Seçim Sizindir”in müddətini uzatdı
“Seçim Sizindir” kampaniyası yanvarın sonunadək davam edəcək.
Kampanianın şərtlərinə əsasən Bank Respublika-dan yeni mikrokredit alan hər bir müştəriyə hədiyyə təqdim edilir. Ən əsası isə hər bir müştəri hədiyyəsini özü seçir.
Hədiyyə dedikdə hər bir mikro-aqro kredit götürən müştəriyə aşağıdakı 3 növ güzəştdən biri təklif olunacaq:
1. Komissiya xərcində endirim
2. Kreditin illik faiz dərəcəsində endirim
3. Faizsiz aylar.
Təklif edilən hər güzəşt imkanı hər bir biznes modelin ehtiyaclarını və sahibkarların maraqlırını ödəyə biləcək.
Kreditin maksimal məbləği 30 000 manata çatdırılıb, illik faiz dərəcəsi isə 15%-dən başlayır. Kredit 24 ay müddətinədək verilir. Bankın istənilən filialına müraciət edərək həddiyəli mikrokreditdən faydalanmaq mümkündür.
Sahibkarların maraqlarını nəzərə alaraq, 6 aylıq güzəşt müddəti də təklif edilə bilər ki, kreditin ödənişi barədə həmin sahibkar işinə təkan verdikdən sonra düşünsün. Həmçinin, müştərinin istəyi ilə və biznesin xüsusiyyətlərindən asılı olaraq sərbəst ödəniş qrafiki də təklif oluna bilər.
Bank Respublika-nın biznes sahəsində xidmət göstərməsinin başlıca hədəfi – hər bir sahibkar üçün faydalı maliyyə partnyoru olmaqdır. Şərtlər haqqında daha ətraflı məlumat bankın saytında verilir. ( https://www.bankrespublika.az/content/az/163 )
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























