Radara düşməməyinizə kömək edən naviqasiya sistemi!
Azərbaycanın ilk milli naviqasiya sistemi olan “AzNav” dır.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən "Marja"ya daxil olmuş məlumata görə, unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olub. İstifadə qaydalarının rahatlığı, geniş funkisonallığı ona olan diqqəti artırıb. Belə ki, hazırda sistemin istifadəçilərinin sayı 270 mini ötüb. Bunun 206 min nəfəri Android əməliyyat sistemli telefonlardan qalanı isə iOS əməliyyat sistemini dəstəkləyən telefonlardan qoşulub. Nəzərə alsaq ki, sistem bir il bundan öncə vətəndaşların ixtiyarına verilib, qısa zaman keçməsinə baxmayaraq istifadə sayına görə xeyli irəlidədir. Göstəricinin yüksək olması “AzNav” ın bir çox üstün cəhətlərə sahib olduğunu göstərir.
İstifadəçilər “AzNav”ı iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Eyni zamanda vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi offline rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.
Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” Komitənin öz məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Sistem yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir. “AzNav”-ın əsas üstünlüklərindən biri də mütəmadi olaraq yenilənməsidir.
“AzNav” ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır. Belə ki, əgər gələn qonaq gedəcəyi yerin dəqiq ünvanını bilmirsə sadəcə məkanın adını yazmaqla lazımi obyekti tapa bilər. Başqa sözlə sistemdə ünvansız axtarış prinsipi təmin edilib. Qeyd edilməlidir ki, bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar isə avtomatik proqramın yaddaşında saxlanılır. Seçilən marşrut üzrə yerləşən muzeylərin, xəstəxanaların, turizm obyektlərinin, mehmanxanaların və bu kimi digər obyektlərin vizual görüntüsü də əks olunur. Bundan başqa turistlər gedəcəyi otelin, muzeyin, mehmanxananın, iaşə obyektlərinin axtarışını edən zaman həmin müəssisələr haqqında məlumatlar, onların əlaqə nömrələri ekranda görünür. Xəritənin 3 ölçülü (3D) rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir. Gələn qonaqları nəzərə alan “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bununla da onlar öz dillərində sistemi rahatlıqla işlədə biləcəklər.
“AzNav” taksi, poçt, yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin, təcili tibbi yardımların da işini olduqca sadələşdirir. Sistem paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla ünvanaçatma məsələlərinin operativ və rahat şəkildə həllini təmin edir. Belə ki, onlar Trafik durumu funksiyasından istifadə etməklə gedəcəyi istiqamət üzrə yolda olan sıxlıq barəsində məlumat ala bilirlər. Bu zaman isə sürücülər bir ünvandan digər ünvana bütün alternativ yolları görmək imkanları var. Başqa sözlə onlar ünvan barədə dəqiq koordinatları, qısa yolları və istiqamətverici digər məlumatları əldə edir. Eyni zamanda sürücülər “Evə apar” funksiyasından istifadə etməklə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasını həyata keçirə bilərlər. Başqa sözlə nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənə bilir. Bununla da həmin sürücülər vaxtlarına qənaət etmiş olurlar.
Sistemin köməkliyi ilə sürücülərin yol hərəkət qaydalarına əməl etməklə, nizamlılığı qorumaqla sükanı idarə etməsi təmin edilir. Belə ki, Naviqasiya Proqramı seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini bildirir. “AzNav”ın sürət həyəcan siqnalı vətəndaşlarımızın radara düşməməyinə köməklik edir. Radar və bəzi yol nişanları haqda bildirişlər həm görüntülü əks olunur, həm də səsli olaraq diqqətə çatdırılır. Hərəkət zamanı marşrut üzərində hər hansı hadisə ilə rastlaşdıqda ekranda əks olunan “SOS” funksiyasına daxil olmaqla bu barədə məlumat vermək də mümkündür.
Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.
Beləliklə, bu milli layihə ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib. Qeyd edək ki, “AzNav” ilk milli naviqasiya sistemi “MilliNet 2017” Milli İnternet Mükafatında E-gov Mobil tətbiqləri nominasiyası üzrə 2-ci yeri tutmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























