Unibank yaxşı nəticələr açıqladı -4 MİLYONDAN ÇOX MƏNFƏƏT
Unibank 2017-ci ili 4 milyon 44 min manat xalis mənfəətlə başa vurub.
Bu barədə "Marja"ya Bankdan bildirilib.
Qeyd edilib ki, bankın kapitalı əhəmiyyətli dərəcədə artıb. Nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 125 milyon 686 min manata çatıb. Məcmu kapital 67 milyon 488 min manatadək artıb.
Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, əmanətlərin cəlbi, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb.
“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2017-ci ildə səhmdarların yaxından dəstəyi ilə Bankın komandası daha yaxşı göstəricilərə nail olmaq üçün böyük səylə çalışıblar:
“Biz bankın bütün xidmət sahələri üzrə daha yaxşı nəticələr əldə etdik. Bir il ərzində bank iki dəfə kapitalını artırdı. İli mənfəətlə başa vurduq, rəqəmsal bankçılıqda yüksək göstəricilərə imza atdıq. Bu nəticələr bizim üçün Bankın orta müddətli strategiyasını uğurla həyata keçirməkdə yaxşı baza rolunu oynayacaq”.
Ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biri olan Unibank, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.
Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə 2,6 dəfə artıb.
Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.
Bununla yanaşı, 2017-ci ildə ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində innovativ model tətbiq olunub. Nəticədə müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb.
Dövlət İpoteka Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 milyon manatı keçib.
Parakəndə biznes istiqamətində qeyri -faiz gəlirləri və pul köçürmələrinin həcmi 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.
Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, ötən il rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı ötən il 100 000-i keçib. Unibank Mobile 2017-ci ildə beynəlxalq “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilərək, MDB ölkələri banklarının ilk 25-liyində yer alıb. Bununla yanaşı, Unibank 2017-ci ildə MasterCard-ın innovasiyalar üzrə nominasiyasının qalibi olub.
2017-ci ildə bank sektorunda ilk dəfə olaraq fərdi sahibkarlar üçün mobil bank əlavəsi – Unibank Business Mobile-ı istifadəyə verilib. İl ərzində daha da təkmilləşdirilmiş İnternet Bank istifadəçilərinin sayı isə 1,7 dəfə artıb.
2017-ci ildə Unibank ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri olub. Bank, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub.
Unibank 2018-ci ili ölkəmiz üçün iqtisadi artım ili kimi qiymətləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
1 saat əvvəl
Tesla-nın xalis mənfəəti 43% azalıb – Avtomobil satışından gəlirləri geriləyib
-
1 saat əvvəl
Meta 25 milyard dollar cərimələndi – Şirkət milyonlarla istifadəçini aldatmaqda təqsirli bilindi
-
1 saat əvvəl
Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
11 saat əvvəl
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
-
14 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Facebook və Instagram-ın sahibi 3 ayda təxminən 10 milyard dollar xalis mənfəət əldə edib
"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar cəlb edib
Ərdoğan Əliyevə zəng etdi
Ən çox oxunanlar
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək





















