Azərbaycanda regionların inkişafına 4,5 milyard manat vəsait ayrılıb
"Son 14 il ərzində Azərbaycanda çox böyük işlər görülüb və böyük uğurlara nail olunub".
Bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkədə çoxşaxəli iqtisadi işlər görülüb, aqrar sektora dövlət dəstəyi diqqətdə saxlanılıb: "Əldə olunan uğurlu nəticələr göstərir ki, prezident İlham Əliyevin uğurlu siyasəti və yaradılan güclü iqtisadi siyasi sabitlik, aparılan davamlı iqtisadi islahatlar ölkə iqtisadiyyatının dayanıqlı inkişafını, makro iqtisadi sabitliyi təmin edib".
Nazir bildirib ki, bu müddət ərzində regionların tarazlı inkişafı təmin edilib, qeyri-neft sektoru inkişaf edib, dövlət və özəl sektor arasında geniş imkanlar yaradılıb. Bundan başqa, özəl sektorun inkişafı, aqrar sektora, kiçik sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılıb. Onun sözlərinə görə, 2014-cü ildən bu günə qədər uğurla icra olunan bu proqram regionların simasını dəyişib: “Ölkədə kommunal xidmətlərin inkişafı təmin edilib. Dövlət proqramı çərçivəsində 2017-ci ildə Azərbaycanda regionların inkişafına 4,5 mlrd. manat vəsait ayrılıb. Prezidentin bölgələrə 130-dan çox səfəri çərçivəsində müxtəlif təyinatlı 130-a qədər obyekt istifadəyə verilib, təməlqoyma mərasimləri keçirilib. Bu müddət ərzində dövlət büdcəsindən əlavə olaraq 368 milyon manat əlavə vəsaitin ayrılması təmin edilib".
Nazir qeyd edib ki, 2018-ci ildə sahibkarlara 170 milyon manat kreditin verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi çərçivəsində 2017-ci ildə 1953 sahibkara ümumi dəyəri 636 mln. manat olan geri qaytarılan kreditlər hesabına 146 mln. manat güzəştli kredit verilib. "Bunun 68 faizi aqrar sektora, 32 faizi digər sahələrin inkişafına, o cümlədən 65 faizi regionların payına düşüb. Tütünçülüyə 1,6 mln. manat, 2600 hektar zeytun və 500 hektar badam yağlarının salınmasına, illik istehsal gücü 3,7 min ton olan zeytun yağı istehsal zavodunun tikintinə 10 milyon manat güzəştli kredit verilib. Bu il isə ən azı 170 milyon manat veriləcək. Ötən il investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib, bu layihələr nəticəsində yerli istehsalata 2 milyard manatdan artıq investisiya yatırılır. Hesabat dövründə 16 minədək yeni iş yeri yaradılıb, layihələrin 87 faizi regionların payına düşüb. 29,7 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracına 3 milyon manata yaxın ixrac təşviqinin yönəldilməsinə dair qərar qəbul edilib".
Ş. Mustafayev qeyd edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun tətbiqindən ötən dövrdə vergi yoxlamaları istisna olmaqla cəmi 153, o cümlədən 2017-ci ildə 83 yoxlama keçirilib: "Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 26 ay ərzində 125 mindən çox olub. Görülən işlər nəticəsində ötən il 221 min yeni iş yeri yaradılıb. Qeyri-neft sektoru ötən il 2,7 faiz, qeyri-neft məhsullarının ixracı isə 24,4 faiz artıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
9 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
9 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















