Dövlət Gömrük Komitəsi “Blokçeyn” texnologiyasını araşdırır
"Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, “Blokçeyn” texnologiyasının tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və logistika sektorunda sınaqdan çıxarılmaqdadır".
"Marja" xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib.
Sədr, "buna misal olaraq, dünyanın ən böyük logistika şirkətlərindən olan “Maersk” şirkəti IBM şirkəti ilə birgə bu sahədə müvafiq layihələr həyata keçirmişlər" deyərək sözlərinə belə davam edib:
"Eyni zamanda, bizə məlumdur ki, “blokçeyn” texnologiyasının tətbiqinə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Nəzərə alınmalıdır ki, “blokçeyn” texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprelində keçirilmiş 215/216-cı sessiyalarında “blokçeyn” texnologiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilmiş və müəyyən edilmişdir ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür.
Son illər ərzində bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən ciddi addımlar atılır. Komitə gömrük işi sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, akademik araşdırmaların üzə çıxarılması və inkişaf etdirilməsi üçün ən yüksək səviyyədə beynəlxalq konfranslar təşkil edir, konfransların işinə bir sıra Nobel mükafatı laureatları da daxil olmaqla, gömrük sahəsində ən mühüm universitetlərin, tədris müəssisələrinin və gömrük xidmətlərinin ekspertlərini dəvət edir. Növbəti belə konfrans cari ilin iyul ayında Mingəçevir şəhərində “Qlobal ticarətin avtomatlaşdırılması: gömrük xidmətində qərarların qəbul edilməsində “əşyaların interneti” və “böyük həcmli verilənlərin təhlili” mövzusunda keçiriləcəkdir. Konfransın adından da göründüyü kimi, əsas hədəf gömrük sistemində son illər ərzində gündəmə gələn ən yeni texnologiyaların tətbiqi problemlərini araşdırmaq və bu sahədə ən yaxşı təcrübələri öyrənməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
11 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
11 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















