Nazir Çinə səfərinə dair məlumat verdi
Fevralın 13-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinə və Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinə dair mətbuat konfransı keçirib.
Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əməkdaşlıq perspektivlərinə və Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çin Xalq Respublikasına səfərinə dair məlumat verib.
Vurğulanıb ki, Azərbaycan-Çin iqtisadi əlaqələri inkişaf edir, ölkəmiz Çinlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb.
Azərbaycanın nəqliyyat və tranzit potensialı, bu sahədə reallaşdırılan layihələr, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Ələt Azad Ticarət Zonası, həmçinin Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat verən Şahin Mustafayev “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin Çinin “Kəmər və Yol” təşəbbüsü ilə üst-üstə düşdüyünü və Çinin bu dəhlizə böyük marağının olduğunu diqqətə çatdırıb. “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin üstünlüklərini qeyd edən Şahin Mustafayev dəhlizin xüsusilə coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin 5-7 fevral tarixlərində Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans, işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Çin biznes forumu, Sianda Azərbaycanın investisiya mühitinə və tranzit potensialına dair təqdimat keçirilib, Çin rəsmiləri, eləcə də Konfransda iştirak etmiş Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə görüşlər təşkil olunub, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb, 2 sənəd imzalanıb.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə və tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, Azərbaycanın tranzit potensialı, iqtisadi-ticarət sahəsində Çinlə əməkdaşlıq imkanları, o cümlədən sənaye zonalarına Çin şirkətlərinin investisiya qoyması, Ələt Azad Ticarət Zonasında çinli iş adamlarının iştirakı, investisiya qoyuluşu, sənaye, ticarət, turizm və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Görüşlərdə Çin tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsinin əhəmiyyətini vurğulayıb, “SOCAR GPC” layihəsinə marağını ifadə edib.
Mətbuat konfransında qeyd edilib ki, Azərbaycan iş adamları bu ildə də Çində keçiriləcək müxtəlif sərgi və tədbirlərdə iştirak edəcək, Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi” açılacaq. Bundan başqa, müvafiq memorandum imzalandıqdan sonra Azərbaycana Çindən turist qruplarının səfərləri təşkil olunacaq
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























