Ən çox Rusiya və Türkiyədən mal idxal edirik
2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 179 ölkədən idxal olunmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24 milyard 257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 475,6 milyon dollar, idxalın dəyəri 8 milyard 782,0 milyon dollar təşkil etmiş, nəticədə 6 milyard 693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artmış, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,9 faizini İtaliyaya, 9,9 faizini Türkiyəyə, 4,6 faizini İsrailə, 4,3 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,9 faizini Kanadaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və İndoneziyaya, 3,3 faizini Almaniyaya, hər biri 3,2 faiz olmaqla Portuqaliya və Çinə, 2,6 faizini Hindistana, 2,5 faizini Ukraynaya, 2,4 faizini Fransaya, qalan 17,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 14,5 faizi Türkiyə, 9,7 faizi Çin, 8,2 faizi ABŞ, 5,2 faizi Ukrayna, 5,1 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,0 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Norveç və Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2017-ci ilin yanvar-dekabr aylarında 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çoxdur.
2017-ci ilin yanvar-dekabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,6 faiz, təzə tərəvəz – 84,5 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, meyvə və tərəvəz şirələri – 57,3 faiz, çay – 52,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,9 faiz, meyvə və tərəvəz konservləri – 3,2 faiz, qara metallardan borular – 2,2 faiz, pambıq lifi – 4,3 dəfə, bentonit gili – 2,9 dəfə artmış, şəkər ixracı isə 43,5 faiz, bitki yağları – 7,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11,3 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 27,2 faiz, qara metallardan yarımfabrikatlar – 49,7 faiz, pambıq ipliyi – 24,9 faiz azalmışdır.
2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-dekabr aylarında xam şəkər və şəkər idxalı 1,0 faiz, təzə meyvə – 3,8 faiz, çay – 7,7 faiz, quş əti və onun əlavə məhsulları – 5,7 faiz, mal əti – 76,0 faiz, siqaret – 18,6 faiz, minik avtomobilləri – 2,3 dəfə, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 44,0 faiz, rezin şinlər – 35,0 faiz, qara metallardan çubuqlar – 10,7 faiz, mineral gübrələr – 8,2 faiz, polietilen – 4,5 faiz, paltaryuyan maşınlar – 63,4 faiz, qara metallardan künclüklər – 22,2 faiz, məişət kondisionerləri – 24,2 faiz, yük avtomobilləri – 2,1 dəfə, avtobuslar – 94,8 faiz artmış, buğda idxalı isə 20,3 faiz, bitki yağları – 5,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,9 faiz, kartof – 12,3 faiz, təzə tərəvəz – 38,8 faiz, qara metallardan borular – 41,8 faiz, mebel – 20,5 faiz, sement və sement klinkerləri – 91,9 faiz, məişət soyuducuları – 0,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
7 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
7 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 8 saat əvvəl
-
8 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























