Şirkətlər üçün yeni xidmət - ÖLKƏMİZDƏ İLK DƏFƏ
Azercell-dən daha bir yenilik: Ölkəmizdə ilk dəfə Virtual ATS xidməti istifadəyə verdi
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib.
"Marja" xəbər verir ki, Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib. Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə bağlı bütün suallar cavablandırılıb.
Bildirilib ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər.
Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq. Virtual ATS xidmətin üstünlüklərinə gəldikdə isə
-Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
-Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq
Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.
Standart paket
Qoşulan nömrələrin sayı | Şirkətdaxili nömrələrə göndərilən SMS sayı | Qiymət, AZN |
1 – 10 | 500 SMS | 100 AZN |
11 – 30 | 1000 SMS | 250 AZN |
31 – 100 | 3000 SMS | 600 AZN |
101 və daha çox | 10 000 SMS | 750 AZN |
Premium paket
Qoşulan nömrələrin sayı | Şirkətdaxili nömrələrə göndərilən SMS sayı | Qiymət, AZN |
1 – 10 | 1500 SMS | 250 AZN |
11 – 30 | 3000 SMS | 550 AZN |
31 – 100 | 9000 SMS | 1500 AZN |
101 və daha çox | 30 000 SMS | 1800 AZN |
Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün [email protected] ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
43 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
5 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























