"Bayıldan köçürülənlərə verilən kirayə haqqının aşağı məbləği 260 manatdır"
"Bayıl sürüşmə zonasında ilkin mərhələdə 67 ailəyə kirayə haqqı ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılıdır”.
Bunu ərazidə yaşayan sakinlərlə görüşündə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, kirayə haqqının aşağı məbləği 260 manatdır:
“Sakinlər kirayə haqqını sabahdan ala biləcəklər. Banklarda hesab açılacaq, vətəndaşlar da şəxsiyyət vəsiqələrini təqdim etməklə pulu ala biləcəklər. Hazırda 67 ailə sənədlərini təqdim edib, onlara pul veriləcək. Evləri dağılanlara da kompensasiya veriləcək. Belə evlərin sayı 4-dür. Bu kompensasiyanın məbləği də normativlərə uyğundur”.
E.Əzizov qeyd edib ki, təhükəli zonada 98 ev yerləşir, həmin evlərin 90 faizi 2000-ci illərə qədər tikilib, onların yalnız birinin sənədi var: “Hər şey mütəxəssislərin rəyindən asılı olacaq, elə ərazilər var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyin sonra veriləcək. Orada elə evlər var ki, ona ev demək olmaz, sadəcə, tikilidir. Buna baxmayaraq dövlət hər kəsə bərabər münasibət göstərir. Başqa ölkələrdə bir qədər fərqlidir, sənədləri yoxdursa, dövlət niyə kompensasiya verilməlidir?! Amma Azərbaycanda elə deyil, dövlət diqqət və qayğı göstərir. Sakinlər səbrli olsun, hər şey qaydasına düşəcək”.
İcra Hakimiyyətinin başçısı sakinlərin kirayədə qalma müddəti ilə bağlı da danışıb: “Bu, mütəxəssislərin rəyindən asılı olacaq. Bu müddət 1 ay, 3 ay, 5 ay və.s ola bilər”.
MƏLKTƏBDƏ MƏSKUNLAŞIBLAR
Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasından çıxarılan sakinlərin bir qismi hələ də 163 nömrəli məktəbdə məskunlaşıb. Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbə gələrək sakinlərlə görüşüb.
Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
9 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
10 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 10 saat əvvəl
-
10 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























