Adı peşəkar, işi peşəkar olmayan reklam agentlikləri
“Reklam bazarında olan qeyri-peşəkar şirkətlər işini keyfiyyətlə görən şirkətlərin imicinə kölgə salır.”
Apamark şirkətinin satış üzrə departament rəhbəri Taleh Kərimov ilə olan müsahibəni təqdim edirik:
Şirkətlərə verilən vədlər və göstərilən xidmət səviyyəsi
Hal-hazırda bazarda 100-lərlə reklam agentlikləri fəaliyyət göstərir. Onlardan bəziləri son illərdə, digərləri isə bazarda çoxdan kök salan agentliklərdir. Şirkətlər bir çox agentliklər ilə əməkdaşlıq edərkən bəzi problemlərlə üzləşirlər. Məsələn, ən çox problemlər internet səhifələrinin təkmilləşdirilməsi və ya yenidən yaradılması zamanı yaranır. Agentlik sayt sifarişini götürən zaman işin həcmini, müştərinin istəklərini, sifarişin texniki tərəfini və öz əlində olan işlərin statusunu nəzərə almadan qarşı tərəfə bir müddət deyir. Həmin müddət başa çatdıqdan sonra isə saytı təhvil verə bilmir və ya verdiyi zaman isə sonradan müxtəlif texniki problemlər ortaya çıxır. Bu da müştərinin narazılığına səbəb olmaqla yanaşı, həm də peşəkar reklam agentliklərinin imicinə zərbə vurur.
-Bəs nəyə görə bir sıra şirkətlərin saytları ya yenilənmir, ya da ümumiyyətlə yoxdur?
-Sayt hər bir şirkətin vizit kartıdır. Vaxtın qızıl olduğu bir dövrdə şirkətlər saytlarını maksimal dərəcədə yeniləməlidirlər ki, müştəri şirkətə gəlmədən belə sayt vasitəsilə müxtəlif əməliyyatları icra edə bilsin və ya maraqlandığı xidmət sahəsi haqqında ətraflı məlumat alsın. Adətən şirkətlərlə görüşlərə getmədən öncə görüşəcəyim şirkət haqqında ətraflı məlumat almaq üçün onun internet səhifəsinə daxil oluram. Əgər saytları məni qane etmirsə, təbii ki, onlara ilk təklifim saytın yenidən yığılması ilə bağlı olur. Məhz elə bu təklifdən sonra ilk maneə ilə üzləşirəm. Adətən şirkətlərdə bu məsələyə baxan şəxslərdən bu fikirləri eşitməyə məcbur oluram:
“Saytımızı 5 ay bundan əvvəl bir ətək pul verib yığdırmışıq, ancaq admin panel ilə bağlı sıxıntı olduğu üçün yeniləyə bilmirik”.
“Qardaş, Admin panelin istifadəsi çox çətin olduğu üçün saytı kim yığıbsa, məlumatları yeniləməyi də ona veririk. O da vaxtı olanda yeniləyir və ya əlavə vəsait istəyir”
Bu fikirlər siyahısını uzada da bilərəm. Belə bir vəziyyətdə qarşı tərəfin yanına ən böyük işlər portfeli ilə getsən də belə, adamı öz şirkətinin peşəkarlığına inandırmaq çətin olur. Çünki həmin müştəriyə hansısa qeyri peşəkar reklam agentliyi elə bir maddi və psixoloji zərbə vurub ki, onun yanında nə danışsan inanmayacaq.
-Bu kimi halların baş verməməsi üçün şirkətlər reklam agentliyi seçərkən nələrə diqqət etməlidir?
-Öz imicinə önəm verən peşəkar reklam agentliyi ilk öncə öz saytını təkmilləşdirməlidir. Çünki müştəri ilk öncə onun saytına nəzər yetirəcək. Daha sonra diqqət olunmalı məqamlardan biri də həmin şirkətin özünün veb dizaynerləri, proqramçılarının olub olmamasını yoxlamalıdır. Bir çox hallarda “reklam agentlikləri” işi alıb 3-cü tərəfə gördürürlər. Bu 3-cü tərəf də (freelance) frilans şəxslərdir. Mən saytın frilans şəxs tərəfindən işlənilməsinin tərəfdarı deyiləm. Bunun bir neçə mənfi tərəfləri mövcuddur:
-Azərbaycanda çox az frilans tapmaq olar ki, öz “time management”-ə (vaxtın düzgün idarə edilməsi) hörmət edir. Əksər hallarda adam gecə saatlarına kimi işləyir və əlində bir çox iş olduqda verilən tapşırığa tam fokuslana bilmir. Bu da nəticə də müştərinin narazıçılığına səbəb olur. Hər dəfə dizayn dəyişilir.
-Bir saytı işləmək üçün görüşdə iştirak edən şəxs (sifarişi frilansa verən) tapşırığı doğru şəkildə 3-cü tərəfə ötürə bilmir. Bu da yenə vaxt itkisi və müştəri narazılığına səbəb olur.
-Görüşdə iştirak edən şəxs şirkətin fəlsəfəsini tam anlamadığı üçün müştərinin saytında hansı məlumatların 1-ci, hansıların 2-ci dərəcəli məlumatlar olmasını ayırd edə bilmir.
-Bəzi iri şirkətlər reklam işlərini xarici ölkələrdə olan reklam agentliklərinə gördürürlər. Sizcə, buna səbəb nədir?
-Təəssüf ki, belə bir hallarla mən də rastlaşıram. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. İri şirkətlər reklam və marketinq işlərinin bir hissəsini yerli agentliklərə verir, amma istədiyi nəticəni almadığı üçün xarici agentliklərə üz tutur, bu da yerli bazarda peşəkar agentliklərin imicinə kölgə salır. Xarici agentliklərə ötürülən işlərin öz mənfi cəhətləri var.
Dil baryeri - müştəri nə istədiyini qarşı tərəfə tam izah etməkdə çətinlik çəkir;
Xarici agentliyin yerli bazara tam bələd olmaması, sifarişçinin şirkət fəlsəfəsini, yerli müştərini və onun təfəkkürünü anlamadığı üçün ortaya qoyulan işlər də bir çox hallarda yaxşı nəticə vermir.
Sonradan dəstək məsələsi də əlavə vəsaitin ödənilməsinə və işin vaxtında icra olunmamasına gətirib çıxarır. Ümumiyyətlə, bu siyahını uzatmaqda olar.
-Bu vəziyyətdə çıxış yolu kimi hansı addımlar atılmalıdır və Siz hansı addımları atırsınız?
-Vəziyyətdən çıxış yolu daima şirkətin işçilərini təkmilləşdirmək, onlara yatırım etmək, verilən sifarişləri vaxtında və keyfiyyətli təhvil vermək üçün “time management”-ə (vaxtın idarə olunmasına) önəm verməkdir. Apamark şirkəti olaraq, biz ilk öncə qarşı tərəfin bütün marketinq kanallarını araşdırır, qarşı tərəfə ilkin mərhələdə hansı xidmətləri verməcəyimizi düşünürük. Məhz ondan sonra həmin şirkətə kompleks təkliflər hazırlayırıq. Çünki şirkətin satışını qaldırmaq üçün tək bir sayt yetərli deyil. Bu işin PR, SMM, Digital Marketinq, Oflayn marketinq tərəfləri də var. Şirkət olaraq, bütün bunlarla yanaşı biz reklam bazarı üçün yeni kadrlar yetişdiririk ki, gələcək layihələrdə işçi çatışmazlığı ilə qarşılaşmayaq.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 6 d. əvvəl
-
-
17 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 21 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®



























