Premium kartlara 50% endirim!
Expressbank-da premium kartların verilməsi üzrə möhtəşəm kampaniyaya start verildi. Siz də pulunuza qənaət edərək yüksək statuslu kart sahibi olmaq istəyirsinizsə, Expressbank-a tələsin.
Belə ki, Expressbank-da aprelin 10-dək davam edəcək kampaniya çərçivəsində hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını 50% endirimlə sifariş etmək mümkündür. Mədaxil edilmiş vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
Premium kart sahibləri bir çox üstünlüklərə sahib olurlar:
-POS-terminallar vasitəsilə ödəniş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”)
-Ölkə üzrə quraşdırılmış 700-ə yaxın ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artırmaq və hesabla bağlı digər əməliyyatları həyata keçirmək mümkündür.
-Beynəlxalq Visa GCAS və MasterCard Global Service dəstəyi, səhiyyə və hüquq məsləhətləri ; Visa ISOS və MasterAssist/Travel Assistance Service, ölkə xaricində itirilmiş və ya oğurlanmış kartın sahibinə təcili nağd pulun verilməsi, xüsusi təkliflər proqramı (Platinum kart üçün)
- Visa Worlds Best Offers və MasterCard Priceless - Azərbaycanda və digər dövlətlərdə bir çox ticarət obyektlərində endirimlər; təmassız ödəniş imkanı və s.
-Pulsuz sms-məlumatlandırma
Kart safariş etmək üçün filialların birinə yaxınlaşa və ya onlayn sifariş edə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı





























