Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Alman keyfiyyətində, qiyməti isə 7-8 manatdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alman keyfiyyətində, qiyməti isə 7-8 manatdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiymiz kimi, Qafqazın ilk mühərrik və sənaye yağları istehsalı zavodu Azərbaycanın Sumqayıt şəhərində fəaliyyətə başlamışdır.  50 nəfərin işlə təmin olunduğu zavodda  “Technol” markası ilə 60-dan çox çeşiddə məhsul istehsal edir. 

 

Bazarda çox güclü oyunçuların olduğunu nəzərə alsaq motor yağı istehsalı biznesini riskli bir iş hesab edə bilərik. Bu baxımdan investorların bu biznesə sərmayə yatırmaları maraq doğurur.

 

Yanvar ayının 27-də “Fairmont Baku” otelində zavodun açılışı münasibətilə tədbir keçirildi. Tədir çərçivəsində “Technol” MMC-nin direktoru Murad  Rəfiyev “Marja”nın suallarını cavablandırdı.

 

-Murad bəy, avtomobil yağı istehsal etmək ideyası necə yarandı? Bu biznesə başlamaq üçün hansı əsaslarınız var idi?

 

-Biz bu işə başlamamışdan əvvəl Azərbaycanın mühərrik  və sənaye yağları bazarını araşdırdıq. Rəsmi məlumatlara görə, Azərbaycana il ərzində 48-50 min ton mühərrik yağları idxal olunur və təxminən 100 milyon dollar civarında valyuta xaricə axır. Araşdırma nəticəsində 60-dan artıq markanın Azərbaycan bazarında olduğu üzə çıxdı. Azərbaycan bazarına mühərrik və sənaye yağları 100%  idxal olunur. Bunları nəzər alaraq, investorlarımız tərəfindən qərar verildi ki, bu işə başlamaqda fayda var.  İlk öncə xaicdə sərgilərdə, konfranslarda və digər tədbirlərdə iştirak edib təcrübəmizi artırdıq.  2015-ci ildə tikinti işlərinə başladıq və  bu gün artıq zavod fəaliyyətdədir.

 

-Layihə üzrə nə qədər sərmayə yatırılıb?

 

- Bu layihəyə təxminən 6 milyon manat sərmayə yatırılıb. Zavod 1,3 hektar əraziyə malkdir. İstehsalatın tam avtomatlaşdırıldığı zavodumuzda, Almaniya  istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisədə fəaliyyət göstərən laboratoriyamız Böyük Britaniya, Almaniya və Yaponiyanın bu sahədə ixtisaslaşmış aparıcı firmalarının istehsalı olan son model cihazları ilə təmin olunub.

 

-“Technol” hansı növ yağları istehsal edir?

 

- “Technol” bütün növ nəqliyyat vasitələri; minik və yük maşınları, motosikletlər, o cümlədən sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik yağları, ötürücü qutu yağlarının istehsalını həyata keçirir.  Zavodumuz eyni zamanda sənayə məqsədli yağlar da istehsal edir.

 

-Daxili təlabatın yerli istehsal hesabına ödənilməsi və idxalın ixracla əvəzlənməsi baxımıdan layihənizin əhəmiyyəti çox böyükdür. Amma illərdir Azərbaycan alıcısı xarici markalı yağları istifadə edib və yerli məhsullara da inam aşağıdır. Siz belə baryerləri necə aşacaqsınız?

 

-  Biz bu dediklərinizi nəzərə almışıq. Azərbaycan bazarına əsasən Almaniya, Türkiyə və Rusiya istehsalı olan yağlar idxal olunur. Az həcmdə İran və digər mənşəyi bilinməyən yağlar da var. Hazırda bizim istehsalımız olan yağlar Almaniya istehsalı olan yağlar ilə rəqabət aparmağa imkan verir.

 

-Yağınızın keyfiyyətindən nələrə əsasən çox əminsiniz?

 

-“Technol” MMC mühərrik və sənaye yağları sahəsində dünyanın tanınmış xammal və qatqı təhcizatçıları olan “İnfineum”, “ADCO” və “Lubrizol” kimi şirkətlərlə əməkdaşlıq edir. Bizim xammal və qatqıları aldığımız şirkətlər böyük mühərrik və avtomobil istehsalçılarının qəbul etdikləri istehsalçılardır. Bu şirkətlər mühərrik istehsalçılarından rəy alıblar. Dolayısı yolla həmin şirkətlərdən alınan xammallardan istehsal olunmuş yağlar mühərrik istehsalçıları tərəfindən qəbul olunur.

 

Biz məhsullarımıza birbaşa olaraq iri mühərrik istehsalçılarından rəy almaq istəyirik. Bu istiqamətdə işlərə başlamışıq. İstehsal prosesimiz yoxlanılacaq, məhsullarımız test olunacaq. Əminik ki, iri avtomobil şirkətlərinin müsbət rəylərini alacağıq və onlar “Technol”dan istifadəni rəsmən tövsiyə edəcəklər.

 

Bundan başqa, zavodumuzda dünyada mühərrik və sənayə yağları sahəsində uzun illər təcrübəsi olan şirkətlərində fəaliyyət göstərən xarici mütəxəssislər çalışır ki, bu da istehlakçılara yüksək keyfiyyətli məhsulun təqdim olunmasına və analizlər etməyə imkan yaradır.

 

Biz müştəriləri anlayırıq. Tanımadıqları bir yağı usta məsləhəti olmadan avtomobillərinə tökməmələri normaldır. Ona görə biz servis mərkəzlərinə, ustalara nümunələr təqdim etmişik. Xahiş etmişik ki, yağı servisdə bir avtomobilə töksünlər, müəyyən kilometr məsafə qət etdikdən sonra öz fikirlərini desinlər. Əsaslı səbəbləri olsa dəyən zərəri qarşılamağa hazırıq.

 

-Azərbaycn neft ölkəsindir. Nə üçün xammalı SOCAR-dan almırsınız?

 

-Biz SOCAR-dan da xammal alırıq. Müəyyən marka yağlarda SOCAR-dan aldığımız xammaldan, bir sıra markalı yağların istehsalında da xaricdən aldığımız xammal və qatqılardan istifadə edirik. Hər bir regionun neftinin tərkibi fərlənir və bu fərqlərə əsasən keyfiyyətli yağ istehsal olunur. Daha keyfiyyətli yağ istehsalı üçün, Xəzər regionunun neftindən alınan xammaldan deyil, dünyanın digər regionlarından hasil edilmiş neftən alınmış xammaldan istifadə etmək tələb oluna bilir.

 

-Müasir zavod, keyfiyyətli xammal və təcrübəli xarici mütəxəssislər sayəsində rəqabətə davamlı məhsul istehsal etdiyinizi bildirdiniz. Amma qiymət də vacibdir.

 

-Qiymətimiz Alman yağlarının qiymətlərindən təxminən 50% aşağıdır, üstəlik keyfiyyətimiz də geri qalmır. Əgər populyar Alman yağının litiri Azərbaycan bazarında 15-16 manata satılırsa, bizim eyni keyfiyyətdə yağımızın qiyməti 7-8 manatdır.

 

-Başqa sözlə, Avtomobil yağının dəyşməsi xərcləri 50% azalacaq.

 

-Bəli. Bu gün Dollar bahalaşdığından rəsmi və qeyri-rəsmi servis mərkəzlərində yağdəyşmə qiymətləri xeyli artmışdır. Fəaliyyətə başlamağımız nəticəsində servis mərkəzlərinin işləri canlanacaq və vətəndaşlar  isə qənaət edəcəklər. Yağlarımızın ucuz olması bizim yerli istehsal olmağımızdır. Xarici məhsullar idxal olunarkən xeyli xərclər çəkilir və buna görə onların qiyməti yüksək olur. Qablaşdırma və etiket çapı da Azərbaycanda olduğundan maya dəyərimiz aşağıdır.

 

-Satışlar nə vaxtdan başlayır?

 

-Fevral ayının 1-dən yağların satışına başlanacaqdır. Bir çox satış mərkəzləri ilə müqavilərə bağlamışıq və hazırda da bağlamaqdayıq. İl ərzində zavodun özünün mağazaları da fəaliyyətə başlayacaqdır.  

 

-Məhsullarınıza dövlət müəssislərindən və özəl şirkətlərdən maraq var?

 

-Artıq SOCAR, Azərsu, Dövlət Sərhəd Xidməti kimi orqanlar  yağlar ilə maraqlanmağa başlayıblar.  Prezidentin sərancamına əsasən də, birinci üstünlük yerli məhsullara verilməlidir.

 

Digər bir üstünlüyümüz də qeyd etmək istəyirəm: Biz öz müştərilərimiz üçün  ehtiyat  saxlaya bilirik. İndiyədək yağı topdan alan müəssisələri xaricə sifariş verib, 40-50 gün gözləyirdilər. Həmçinin 1 illik ehtiyacları qədər  yağ məhsullarını öz anbarlarında saxlaya bilmirdilər. Buna görə az-az gətirirdilər, bu vaxt və maliyyə itkilərinə səbəb olurdu. Artıq şirkətlər biləcəklər ki,  hazır məhsuldan istənilən qədər “Technol” şirkətinin anbarında var. Biz məhsulu gün ərzində müştəriyə çatdıra bilirik. Bu məqsədlə  avtomobillər də alınıb.  Zavod hər bir kəs üçün açıqdır. Şirkətlərin, servis mərkəzlərinin nümayəndələri, ustalar zavodumuzda olaraq istehsal prosesi ilə əyani tanış ola bilərlər.

 

-Yeni istehsal sahələrinin yaradılması nəzərdə tutulub?

 

 -Gələcəkdə sürtgü materiallarının istehsalı sahəsini yaratmağı nəzərdə tuturuq. Müəssisənin ərazisində ikinci istehsal sahəsini istifadəyə verəcəyik.

 

-Murad bəy, işləriniz avand olsun. Arzu edirik ki, “Technol” tezliklə Azərbaycan bazarında, sonra da regionda bir nömrəli yağ brendinə çevrilsin.

 

-Çox sağ olun.

 

Sonda qeyd edək ki,  “Fairmont Baku” otelində zavodun açılışı münasibətilə keçirilmiş tədbirdə dövlət və özəl təşklatlardan çoxlu sayda qonaqlar iştirak edirdi. Tədbir çərçivəsində zavod və məhsullar haqqında qonaqlara geniş məlumatlar verilib, əməkdaşlıq imkanları müzakirə edildi.

 

Əlavə edək ki, “Technol” ilk investisiya təşviqi sənədi almış müəssisədir. İnvestisiya təşviqi sənədini almış  sahibkar və şirkətlər həmin sənədi aldığı tarixdən 7 il müddətinədək  bəzi vergiləri 50 faiz dərəcəsi ilə ödəyirlər, bir sıra vergiləri isə ödəməkdən azaddırlar.

 

Daha ətraflı: www.technol.az

30.01.2017 06:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ