"Azərbaycanın kifayət qədər gömrük anbarları var"
Bu gün Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə DGK-dan məlumat verilib.
Məlumata görə, A.Əliyev qeyd edib ki, Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlər görülüb.
N.Kərimov isə Komitə ilə əməkdaşlığa çox böyük önəm verdiklərini bildirib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Görüşdə, eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər barəsində müzakirələr aparılıb.
Belə ki, palata üzvləri kontrafakt məhsullara qarşı mübarizə, paralel idxal, qacaqmalçılığa, xüsusilə aksizli malların qaçaqmalçılığına qarşı mübarizə tədbirləri, gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələlər, gömrük təmsilçiliyi ilə əlaqədar yaranan problemlər, xüsusilə gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişi, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları və.s məsələlərlə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıblar.
Kontrafakt məhsullara, eləcə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində aparılan işlərdən danışan DGK sədri konkret olaraq aksizli malların qaçaqmalçılığına gəlincə, gömrük orqanlarının bu kimi hallara qarşı da mübarizə apardığını, lakin bəzi hallarda tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulan xüsusi imtiyazlardan kommersiya məqsədləri üçün istifadə edildiyini, bu kimi halların qarşısının alınması üçün artıq müəyyən təkliflərin hazırlanaraq hökumətə təqdim olunduğunu diqqətə çatdırıb.
Gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələyə də aydınlıq gətirən Komitə sədri Azərbaycanın istər giriş-çıxış qapılarında, istərsə də Bakıda kifayət qədər gömrük anbarlarının fəaliyyət göstərdiyini, gələcəkdə zərurət yaranarsa yeni gömrük anbarlarının tikintisi məsələsinin nəzərdən keçiriləcəyini bildirib.
"Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə etmiş şirkətlərin qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qaydasında olarsa heç bir problem yaşana bilməz-deyən DGK sədri bu istiqamətdə infrastrukturun daha da genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Paralel idxal məsələsinə də toxunan Komitə sədri bu kimi halların qarşısının alınması ilə bağlı mövcud qanunvericilikdə heç bir məsuliyyətin nəzərdə tutulmadığını, lakin palata üzvləri tərəfindən verilən təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.
Gömrük təmsilçiliyi məsələsinə gəlincə, A.Əliyev bildirib ki, indi bütün gömrük prosedurları elektron formada həyata keçirilir və vasitəçi olmadan istənilən hüquqi və fiziki şəxs bu elektron xidmətlərdən istifadə edə bilər. Gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişinin gömrük orqanlarının fəaliyyətində müəyyən problemlər yaratdığını, əlavə vaxt itkisinə səbəb olduğunu bildirən DGK sədri bu proseslərdə şirkətlər tərəfindən daha peşəkar təmsilçilərə müraciət olunmasının vacibliyini diqqətə çatdırıb.
DGK rəhbərliyinin gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasında, eləcə də gömrük xidmətinin səmərəliliyinin artırılması və şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyündə istər AmCham üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda yaxın perspektivdə qaldırılan məsələlərin daha konkret və detallı müzakirəsi üçün AmCham üzvü olan şirkətlərin rəhbərləri ilə gömrük rəsmiləri arasında toplantıların keçirilməsi qərara alınıb.
Qeyd edək ki, sahibkarlar rəsmiləşdirmədə gecikmə olan zaman malların gömrük anbarlarında saxlanılmamasından şikayət edirlər. Belə olan halda mallar TIR-larda qalır və sahibkar hər gün üçün nəqliyyat şirkətlərinə əlavə ödənişlər edirlər.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb












.jpg)









