İstirahət günü hava necə olacaq?
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Naxçıvanda sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2,5 dəfə artıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan şirkəti dünyanın 43 ölkəsinə 1,7 milyon dollarlıq xidmət ixrac edib
-
9 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçıları - İLK 10-LUQ AÇIQLANDI
-
9 saat əvvəl
Mahlıc 1-ci, pomidor 2-ci, elektrik enerjisi 3-cü olub - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
-
9 saat əvvəl
Özbəkistanın “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə Bakıda görüş keçirilib
-
10 saat əvvəl
1,7 milyondan çox aksiz markasız “Cavallo”, “Platinium”, “Milano”aşkar edildi - VİDEO
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb