Gəncədə II Milli Sənaye Mühəndisliyi Forumu keçirilib
"Lean Consulting" şirkətinin təşəbbusu və təşkilatçılığı ilə ildə bir dədə keçirilən Milli Sənaye Mühəndisliyi Forumu bu il may ayının 5-də Gəncə şəhərində baş tutdu.
Belə ki, Gəncədə “Lean Consulting” MMC, Azərbaycan Texnologiya Universitetinin və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı, həmçinin Vitam Reklam şirkəti, Baku Holiday Travel şirkəti, "Marja"-Biznes və Maliyyə Xəbərləri Agentliyi və digər təşkilatların dəstəyi ilə Gəncə şəhərində baş tutdu.
Forumda yerli və xarici mütəxəsislərin iştirakı ilə, “müəssisələrdə əməliyyatların idarə olunması”, “strategiya və innovasiya” və “LEAN” metodlarının sənayedə tətbiqi və əhəmiyyəti kimi olduqca aktual mövzular müzakirə edilərək fikir mübadiləsi aparıldı.
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan forumun işində ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin rəhbərləri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislərin iştirakı ilə sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb. Forum haqqında ətraflı informasiya http://nies.az/ veb səhifəsində verilib.
Forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Dövlət himninin səslənməsi ilə öz işinə başlayan forumda əvvəlcə "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarx nümayiş etdirilib.
Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov II Milli Sənaye Mühəndislyi Forumunu açıq elan edərək iştirakçıları salamlayıb. O, bildirib ki, ilki paytaxt Bakıda keçirilən Milli Sənaye Mühəndisliyi Forumunun ikinci dəfə Azərbaycanın ən böyük regional mərkəzində - ölkənin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində regionların rolu və öhdəlikləri kifayət qədər böyükdür. Həm Gəncə şəhəri, həm də onun ətraf regionunda strateji cəhətdən əhəmiyyət daşıyan sənaye müəssisələrinin sayı artmaqda, fəaliyyəti gücləndirilməkdədir. UTECA tərəfindən yaradılan universitet-sənaye əlaqələrinin ən effektiv modeli həm sənaye müəssisələrinin işinin səmərəliliyini artırmağa, həm də ali təhsil müəssisəsində kadr hazılığının keyfiyyətini yüksəltməyə xidmət edir.
Tədbirdə daha sonra çıxış edən– Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyinin icraçı direktoru Orxan Məmmədov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər, sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum plenar və 2 paneldən ibarət idi.
Forumda həmçinin UTECA ilə Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOSİA) və AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) arasında əməkdaşlıq memorandumları imzalanıb.
Forumda mövzu əsasında çıxış edəcək məruzəçilər arasında Türkiyədən dəvət olunmuş HAKAN AKGÜL (Yalın Enstidü - İdarə heyyətinin üzvü) də yer aldı. (Bütün məruzəçilər: http://nies.az/speaker-listing/)
“II Milli Sənaye Mühəndisliyi Forumu”nun missiyası "Lean" düşüncəsi ilə sənaye sektorunda şirkətlərin problemlərini kompleks formada həll etmək və davamlı inkişafına dəstək verməkdir. (www.lean.org.az)
“II Milli Sənaye Mühəndisliyi Forumu”nun təşkil olunmasında başlıca məqsədi sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkərları bir araya toplayaraq, sənayenin müxtəlif perspektivləri üzrə müzakirələr aparmaq, yerli və beynəlxalq təcrübələrdən faydalanmaqdır.
Forum əsas təşkilatçısı olan “Lean Consulting” MMC şirkəti istehsalat və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrə, sənayedə əməliyyatların effektivləşdirilməsi və xərclərin azaldılması prinsipinə əsaslanaraq, “Lean” metodlarının tətbiqi ilə onların davamlı inkişafında və kompleks problemlərinin həllində professional xidmətlər təklif edir. Şirkətin yüksək ixtisaslı və peşəkar mühəndisləri müəssisələrdə iş proseslərinin analizi və optimallaşdırılması, istehsalın planlanması, anbarın effektiv idarə edilməsi, layihələrin idarə olunması, istehsal xəttinin balanslaşdırılması və logistika bölmələri üzrə araşdırmalar aparır, problemlərin həllini professional şəkildə həyata keçirir, həmçinin müştərilərə bu istiqamətdə təlimlər verir. "Lean" əlavə dəyər formalaşdıraraq müəssisələrdə israfı aradan qaldırmaq prosesidir. “Lean” düşüncənin təməl məqsədi dəyərin xam maddədən başlayaraq fasiləsiz olaraq sürətli şəkildə müştəriyə çatdırılmasıdır. Bu məqsədə çata bilmək üçün dəyər zəncirinə komleks olaraq baxmaq, ən kiçik israfın belə qarşısını almaqla müştəri məmnuniyyətini təmin etməyi hədəflənir.
“Lean” düşüncənin başlanğıc nöqtəsi və əsas konsentrasiya olunduğu məqam "dəyərdir". Bu dəyər isə sadəcə istehlakçı və ya müştəri tərəfindən formalaşır. Formalaşan dəyər isə yalnız xüsusi məhsul və ya xidmət formasında, dəqiq vaxtda və xüsusi ehtiyacı qarşıladığı zaman məna kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
42 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
6 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
6 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı























