E-Pul.az ödəmə portalında - YENİ KAMPANİYA
(®) E-Pul.az ödəmə portalı rahat və təhlükəsiz ödənişləri təmin etməklə bərabər, istifadəçilərinə bonus xallarından daha səmərəli istifadəyə yeni imkanlar açır.
Belə ki, “Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyaya start verilib Kampaniya 15 may 2018-ci il saat 10:00-dan - 22 iyun 2018-ci il saat:12:00-dək olan müddəti əhatə edəcək.
Hər bir E-Pul istifadəçisi lotereyada iştirak edə bilər. Bunun üçün lotereya biletinə bərabər olan eyniləşdirmə nömrəsi əldə etmək lazımdır. 1 (bir) eyniləşdirmə nömrəsi 5000 (beş min) bonus xala bərabərdir. E-Pul-da hәr 1 AZN üçün 100 bonus xalı tәqdim edilir.
İstifadəçi bonusunu eyniləşdirmə nömrəsi-10 (on) rəqəmli koda dəyişərkən, bu, şəxsi kabinetdə Məktub qutusuna göndəriləcək.
Şəffaflığın təmin olunması məqsədi ilə qalib elektron püşkatma ilə - https://www.random.org sayt vasitəsi və Münsiflər heyətinin nəzarəti ilə seçiləcək.
Lotereyanın nəticəsində qalib gələn şəxs üçün əlavə olaraq Şəxsi kabinetə yeni kod göndəriləcək. Həmin kod və şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək, qalib uduşuna sahib ola biləcək.
“Ödənişin nağdsız, səyahətin nağd olsun” adlı tirajlı stimullaşdırıcı lotereyası E-Pul.azsaytında onlayn qaydada, qalib isə 22 iyun 2018-ci il saat:15:00-da E-Pul.az-ın rəsmi facebook səhifəsində, canlı yayımda müəyyən olunacaq.
Lotereyanın uduş fonduna daxil olan məhsullar:
-Türkiyəyə 2 nəfərlik səyahət paketi.
-Məişət texnikası mağazasından 10 ədəd 100 AZN dəyərində hədiyyə kartı.
Hər birinizi Lotereyada iştirak edib, şansınızı sınamağa dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
31 d. əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 39 d. əvvəl
-
50 d. əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI





















