"Türkiyədə pərakəndə satışa daxil olmaq planımız var"
Türkiyədə 6,3 milyard dollarla özəl sektorun yatırdığı ən böyük investisiya layihəsi olan STAR Neftayırma Zavodunun oktyabr ayında istehsala başlaması planlaşdırılır.
"Marja" xəbər verir ki, zavodda mətbuat nümayəndələri ilə görüşən STAR Neftayırma Zavodunun Baş direktoru Mesut İlter, SOCAR üçün 2018-ci ilin böyük əhəmiyyət daşıdığını söyləyib.
Həm Trans Anadolu Qaz Boru Kəməri Layihəsinin (TANAP), həm də STAR Neftayırma Zavodunun fəaliyyətə başlayacağını bildirən İlter, layihənin 99,1% tamamlandığını bildirib.
STAR Neftayırma Zavodunun, benzin və fuel-oil istehsal etməyəcək şəkildə qurduğuna diqqəti çəkən İlter, "Bu xam neftin hamısının dəyərli məhsullara çeviriləcəyi deməkdir",- deyib.
Neftayırma zavodunun Avropada son 30 ildə tikilən yeganə zavod olduğunu qeyd edən İlter, bunları qeyd edib:
"Türkiyənin yanacaq bazarında son 10 ildə orta hesabla 4 faiz artım baş verib. Tək dizeldə artımın 7 faiz səviyyəsində olduğunu görürük. Türkiyənin 2017-dəki dizel istehlakı 24,2 milyon ton olub və bu miqdarın 13,5 milyon tonu idxal edilib. Türkiyədə 2019-da isə dizel istehlakının 26 milyon ton səviyyəsinə çıxacağı proqnozlaşdırılır. STAR Neftayırma Zavodunun fəaliyyətə başlaması ilə təxminən 5 milyon tonluq dizel istehsalımız ilə 13,5 milyon tonluq idxal 8,5 milyon tona düşəcək. Zavod işə başlayanda Türkiyənin dizel istehlakının 20%-ni qarşılayacaq və idxal nisbəti də 40%-dən aşağı düşəcək".
"TƏYYARƏ YANACAĞI İDXALINA EHTİYAC QALMAYACAQ"
Petkim-in xam maddəsi olan naftanın əksəriyyətinin də STAR Zavodunda istehsal ediləcəyini dilə gətirən İlter, bununla da Petkimin də xam maddəni Türkiyədən almağa başlayacağını qeyd edib.
İlter, üçüncü hava limanından sonra təyyarə yanacağı istehlakında da artım gözlədiklərini bildirərək, "Ölkəmizin 7-8 faiz təyyarə yanacaq idxalı var. STAR Zavodu işə düşəndən sonra təyyarə yanacağı idxalına ehtiyac qalmayacaq. LPG bazarında isə hazırda 79% səviyyəsində olan idxal, bizim LPG istehsalımız ilə 70 faiz səviyyələrinə enəcək. Nəticə olaraq, Türkiyənin cari kəsirinin azaldılmasına illik 1,5 milyard dollarlıq kömək edəcəyimizi proqnozlaşdırırıq" deyib.
"PƏRAKƏNDƏ SATIŞA DAXİL OLMAQ PLANIMIZ VAR"
Bir jurnalistin "SOCAR Türkiyə" şirkətinin pərakəndə satışa daxil omaq planı barədə suala İlter, "SOCAR Türkiyə olaraq bu cür imkanları qiymətləndiririk. Bunun əslində ilk addımı da "Petrol Ofisi"nin buradakı təsislərini almaq oldu. Uyğun bir fürsət olanda da pərakəndə satışa da daxil olmaq planımız var",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
9 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
10 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















