"Azər Türk Bank" da 100 gün ərzində cari hesablar ödənişsiz açılacaq
Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar 29 may tarixindən daha bir kampaniyaya başlayır.
Belə ki, göstərilən tarixdən etibarən 100 gün ərzində, fiziki şəxs olan müştərilər üçün bankda cari hesablar ödənişsiz açılacaqdır. Bunun üçün Azər Türk Bankın Bakı şəhərindəki Baş ofisinə (C.Məmmədquluzadə, 85), “Mərkəz” filialı (Bülbül pr. 44) “Bakı” filialı (28 may küç., 64/75), “Yasamal” filialına (İ.Qutqaşınlı küç., 89), 5 saylı Bakı "ASAN xidmət" mərkəzində və Xətai rayonu Fəzail Bayramov küçəsi,6 ünvanda yerləşən şöbələrinə, eləcə də Naxçıvan, Gəncə, Şirvan, Qəbələ şəhərlərindəki ofislərinə gələrək şəxsiyyəti təsdiq edən sənəd təqdim etmək kifayətdir.
Kampaniya 5 sentyabr tarixinədək davam edəcəkdir.
Qeyd edək ki, Azər Türk Bankda fiziki şəxslər üçün Azərbaycan manatı, ABŞ dolları, Avro, Türkiyə lirəsi, İsveçrə frankı, Funt Sterlinq və Rusiya rublunda cari hesabların açılması mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























