Agentliyə investisiya əməliyyatlarında məhdudiyyətlər qoyuldu
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası” təsdiq edilib.
"Marja" xəbər verir ki, Qayda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sərbəst maliyyə vəsaiti ilə yerli bazarda investisiya əməliyyatlarının aparılması qaydasını müəyyən edir.
Qaydada qeyd edilir ki, sərbəst maliyyə vəsaiti - investisiya edilən günə Agentliyin hesablaşma hesabında olan maliyyə vəsaiti ilə Agentliyin təsdiqlənmiş büdcəsinə əsasən proqnozlaşdırılan orta bir aylıq xərclərin fərqindən yaranan qalıq;
Sərbəst maliyyə vəsaiti aşağıdakı maliyyə alətlərinə investisiya edilir:
-Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
-Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
-dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
-yuxarıda qeyd olunan qiymətli kağızlardan istifadə edilməklə, repo və əks-repo əməliyyatlarına;
-banklarda yerləşdirilən depozitlərə.
Agentlik sərbəst maliyyə vəsaitini banklara depozit şəkilində investisiya edərkən bir neçə tələblərə əməl etməlidir.
Agentliyin sərbəst maliyyə vəsaitinin banklarda depozitə qoyulması üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
- depozit müqaviləsinə əsasən gəlirlər aylıq və ya rüblük əsaslarla ödənilməlidir (bir ay müddətinə qoyulan depozitlərə münasibətdə gəlirlər depozit müddətinin bitdiyi gün ödənilməlidir);
-depozit müqaviləsinə əsasən depozitin (və ya onun hər hansı hissəsinin) vaxtından əvvəl geri götürülməsi hüququ təmin edilməlidir.
-Bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamalıdır.
- Depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 50 faizindən artıq olmamalıdır.
-Sərbəst maliyyə vəsaiti aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:
-Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;
- Agentliyin sərbəst maliyyə vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Agentlik sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə milli valyutada investisiya edilməsinə üstünlük verməlidir.
Agentlik tərəfindən sərbəst maliyyə vəsaitləri üzrə investisiya əməliyyatları həyata keçirilərkən investisiya müddəti dövlət qiymətli kağızları üzrə 36 aydan, dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlar və bank depozitləri üzrə isə 12 aydan çox ola bilməz.
Agentliyin sərbəst maliyyə vəsaiti səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























