Zaqatala fındıq ixracından 91 milyon manat qazanıb
Zaqatalada fındıq istehsalçılarının təklifləri dinlənilib, məhsuldarlığın artırılması yolları və ixracat məsələləri müzakirə edilib.
Fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Ötən il Azərbaycandan 25-ə yaxın xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Hazırda respublikamızda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır.
Bu barədə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 4-də Zaqatala şəhərində keçirilən iclasda məlumat verilib.
Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil edilən tədbirdə Assosiasiyanın və İqtisadiyyat Nazirliyinin təmsilçiləri, həmçinin respublikamızın şimal-qərb və şimal bölgəsi rayonlarından olan fındıq istehsalçıları, fermerlər iştirak ediblər.
İclasda Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi Zülfüqar Qurbanov çıxış edərək, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, son bir ildə ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi, əhalinin bu sahəyə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bugünkü iclas Assosiasiyanın fındıq istehsalçıları ilə birgə keçirdiyi ilk böyük tədbirdir. Məqsəd istehsalçıları Assosiasiyanın fəaliyyəti ilə yaxından tanış etmək, onların arzu və təkliflərini dinləmək, qarşılaşdıqları problemləri öyrənmək, fermerləri məhsuldarlığın artırılması yolları və ixracat məsələləri barədə məlumatlandırmaqdır.
Zaqatala rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə fındıqçılığın inkişafı ilə bağlı rayonda görülən işlər barədə danışıb. Bildirib ki, təkcə ötən ilin payız mövsümündə rayon ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 419 hektara çatdırılıb. Keçən il zaqatalalı fermerlər fındıq ixracından 91 milyon manatdan çox gəlir əldə ediblər. Fındıq ixracından gələn gəlir əvvəlki ilə nisbətən 44,8 milyon manat artıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ixracın təşkili departamentinin direktoru Fuad Cəfərov İqtisadiyyat Nazirliyinin dəstəyi ilə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yaradılan assosiasiyalar barədə məlumat verib. Qurumun təmsilçisi AZPROMO tərəfindən 2017-ci ildə bu assosiasiyalara hərtərəfli dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri İsmayıl Orucov birliyin məqsəd və vəzifələri barədə danışıb. Bildirib ki, əsas məqsəd ölkədə fındıqçılığın inkişafına yardım etməkdir. İctimai Birlik fındıqçılıq təsərrüfatlarında istehsal mədəniyyətinin və səmərəliliyinin artırılmasına kömək etməyi, fındıq istehsalı və emalı sahəsində yeni texnologiyaların tətbiqinə, təbii resursların səmərəli istifadəsinə dəstək verməyi, fındıqçılıqla bağlı maarifləndirmə işləri aparmağı qarşısına məqsəd qoyub.
Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Xalis Mahalov çıxış edərək, bu sahədə rayonda görülən işlərdən danışıb.
Sonda fındıq istehsalçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
-
36 d. əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 42 d. əvvəl
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
1 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır



















