SOCAR İstiqrazlarının market-meykerinin gəlirləri kəskin artıb
"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2017-ci ili 39 min 819 manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət, 2016-cı ildə 6 min 147 manat zərər etmişdi.
“Marja” QSC-nin illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il “PSG Kapital”ın cəmi gəlirləri 2,8 dəfə artıb. 2016-cı ildə 428 min 703 manat təşkil etmiş cəmi gəlirlər 2017-ci ildə 1 milyon 214 min manata yüksəlib. Cəmi gəlirlərin 82 faizini və ya 1 milyon 55 min manatını investisiya məsləhətləri gəlirləri, 39 min 380 manatını broker fəaliyyətindən əldə olunan gəlirlər, 106 min 577 manatını anderraytinq xidməti üzrə gəlirlər və 13 min 467 manatını idarəçilik gəlirləri təşkil edib.
Ötən il “PSG Kapital”ın gəlirlərinin kəskin artması ilə bərabər xərcləri də artıb, hətta gəlirləri üstələyib və 88 min 614 manat əməliyyat zərəri yaranıb. Lakin məzənnə fərqindən yaranmış 18 min 731 manatlıq xalis gəlir və depozitlərdən 130 min 677 manatlıq faiz gəliri hesabına şirkət əməliyyat zərərini bağlayıb və xalis mənfəət təmin edib.
AKTİVLƏRİ DƏ KƏSKİN ARTIB
2016-cı illə müqayisədə 2017-də “PSG-Kapital”ın cəmi aktivləri 2,6 dəfə artaraq 14 milyon 382 min manata çatıb. Şirkət 2016-cı ilin sonunda 5 milyon 585 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artmasına pul vəsaitlərinin artması və yeni investisiyalar səbəb olmuşdur. “PSG-Kapital” banklarda 3 milyon 460 min manat depozit yerləşdirib.
Şirkət 1 milyon manat nizamnamə kapitalına malik olub.
"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ildə qurulmuş PSG-Broker şirkətinin hüquqi varisidir və PSG qrup şirkətlərindən biridir. “PSG-Kapital” şirkəti SOCAR İstiqrazlarının market-meykeridir. Market-meyker hər hansı bir qiymətli kağızın alışını və satışını öz hesabına həyata keçirən investisiya şirkətidir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
10 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 11 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























