Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilib.
Azərbaycan Banklar Assosiayasındanverilən məlumata görə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin stimullaşdırılması, habelə bank sisteminin inkişafının sürətləndirilməsi məqsədilə 16 dekabr 2016-cı il tarixində “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul olunub.
Qanunvericilik bazasında aparılan bu dəyişikliklərin bank sistemində nağdsız hesablaşmalar, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə düzgün formada tətbiq edilməsi, vergi tətbiq ediləcək ödəniş əməliyyatlarının, xidmət və xidmət alıcıları ilə bağlı məlumatların müəyyənləşdirilməsi, həmçinin nağdsız hesablaşmaların çərçivəsinin formalaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu ilə Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilərək qarşılıqlı müzakirələr aparılıb.
Keçirilən görüşlərdə bank ictimaiyyətini yaxından maraqlandıran bir çox açıq məsələlər, o cümlədən elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC kodlar müzakirə edilmiş və aşağıdakı ilkin siyahı müəyyən edilib:
VERGİLƏRİN ÖDƏNİŞLƏRİNƏ CƏLB OLUNAN XİDMƏTLƏR | |||||
No | MCC | Təsvir | Təsvir (azərbaycan dilində) | Visa / Mastercard | Təsvir |
XİDMƏTLƏR (ÖDƏNİŞ ÜZRƏ 18%) | |||||
1 | 0763 | Agricultural Cooperatives | Kənd təsərrüfatı kooperativləri | Visa / Mastercard | Xidmət |
2 | 0780 | Horticultural and Landscaping Services | Bağsalma və landşaft dizaynı xidmətləri | Visa / Mastercard | Xidmət |
3 | 4215 | Courier Services—Air and Ground, Freight Forwarders | Kuryer xidmətləri – hava və quru vasitəsilə, ekspeditorlar | Visa / Mastercard | Xidmət |
4 | 4813 | Key-entry Telecom Merchant providing single local and long-distance phone calls using a central access number in a non-face-to-face environment using key entry | Fiziki kart olmadan yalnız kart məlumatlarının daxil edilməsi ilə aparılan yerli və beynəlxalq zənqlərin edilməsi | Visa / Mastercard | Xidmət |
5 | 4814 | Telecommunication Services, including Local and Long Distance Calls, Credit Card Calls, Calls Through Use of Magnetic-Stripe-Reading Telephones, and Fax Services | Telekommunikasiya xidmətləri – yerli və şəhərlərarası zənglər, kredit kartı üzrə zənglər, maqnit zolaqlarının oxunması yolu ilə edilən zənglər və faks xidmətləri | Visa / Mastercard | Xidmət |
6 | 4816 | Computer Network/Information Services | Komputer şəbəkəsi / İnformasiya xidmətləri | Visa / Mastercard | Xidmət |
7 | 4821 | Telegraph Services | Teleqraf xidmətləri | Visa / Mastercard | Xidmət |
8 | 4899 | Cable, Satellite, and Other Pay Television and Radio Services | Kabel, peyk və digər ödənişli televiziya və radio xidmətləri | Visa / Mastercard | Xidmət |
9 | 5734 | Computer Software Stores | Kompüterlər üçün Proqram təminatı proqramları | Visa / Mastercard | Xidmət |
10 | 5960 | Direct Marketing—Insurance Services | Birbaşa marketinq – sığorta xidmətləri | Visa / Mastercard | Xidmət |
11 | 5962 | Direct Marketing—Travel-Related Arrangement Services | Birbaşa marketinq – səyahət – əlaqəli tənzimləmə sistemləri | Visa / Mastercard | Xidmət |
12 | 5967 | Direct Marketing—Inbound Telemarketing Merchants | Birbaşa marketinq – telemarketinqlə bağlı satıcılar | Visa / Mastercard | Xidmət |
13 | 6211 | Securities—Brokers/Dealers | Mühafizəçilər – Brokerlər/ Dilerlər | Visa / Mastercard | Xidmət |
14 | 6300 | Insurance Sales, Underwriting, and Premiums | Sığorta satışı, anderraytinq və sığorta haqqları | Visa / Mastercard | Xidmət |
15 | 7221 | Photographic Studios | Foto studiyalar | Visa / Mastercard | Xidmət |
16 | 7273 | Dating Services | Tanışlıq xidmətləri | Visa / Mastercard | Xidmət |
17 | 7277 | Debt, Marriage, Personal—Counseling Service | Borc, evlilik, şəxsi konsultasiya xidmətləri | Visa / Mastercard | Xidmət |
18 | 7278 | Buying/Shopping Clubs, Services | Alış/Ticarət klubları, xidmətlər | Visa / Mastercard | Xidmət |
19 | 7311 | Advertising Services | Reklam xidmətləri | Visa / Mastercard | Xidmət |
20 | 7321 | Consumer Credit Reporting Agencies | İstehlak hesabları təqdim edən kredit agentlikləri | Visa / Mastercard | Xidmət |
21 | 7333 | Commercial Art, Graphics, Photography | İncəsənət, qrafika, foto | Visa / Mastercard | Xidmət |
22 | 7339 | Stenographic and Secretarial Support Services | Stenoqrafiya və katiblik xidmətləri | Visa / Mastercard | Xidmət |
23 | 7361 | Employment Agencies, Temporary Help Services | İşədüzətmə agentlikləri, müvəqqəti yardın xidmətləri | Visa / Mastercard | Xidmət |
24 | 7372 | Computer Programming, Data Processing, and Integrated Systems Design Services | Proqramlaşdırma, məlumat emalı və inteqrasiya sistemləri üzrə dizayn xidmətləri | Visa / Mastercard | Xidmət |
25 | 7375 | Information Retrieval Services | İnformasiya axtarışı xidmətləri | Visa / Mastercard | Xidmət |
26 | 7392 | Consulting, Management, and Public Relations Services | Konsalting, idarəetmə və ictimai əlaqələr üzrə xidmətlər | Visa / Mastercard | Xidmət |
27 | 7395 | Photo Developing, Photofinishing Laboratories | Foto atelye, foto laboratoriyalar | Visa / Mastercard | Xidmət |
28 | 8111 | Attorneys, Legal Services | Vəkillər və hüquqi xidmətlər | Visa / Mastercard | Xidmət |
29 | 8398 | Organizations, Charitable and Social Service | Müəssisələr, xeyriyyəçilik və sosial xidmətlər | Visa / Mastercard | Xidmət |
30 | 8675 | Automobile Associations | Avtomobil assosiasiyaları | Visa / Mastercard | Xidmət |
31 | 8699 | Membership Organizations (Not Elsewhere Classified) | Üzvlük müəssisələri (Təsnifləşdirmə olmadan) | Visa / Mastercard | Xidmət |
32 | 8911 | Architectural, Engineering, and Surveying Services | Memarlıq, mühəndislik və araşdırma xidmətləri | Visa / Mastercard | Xidmət |
33 | 8931 | Accounting, Auditing, and Bookkeeping Services | Mühasibat uçotu, audit, mühasibat xidmətləri | Visa / Mastercard | Xidmət |
34 | 9402 | Postal Services—Government Only | Poçt xidmətləri – yalnız hökümətə aid | Visa / Mastercard | Xidmət |
No | MCC | Təsvir | Visa/MC | Təsvir | |
SON MƏHSUL ELEKTRON MAL KİMİ QİYMƏTLƏNDİRİLİR (ÖDƏNİŞ ÜZRƏ 18%) | |||||
35 | 5815 | Digital Goods Media – Books, Movies, Music | Rəqəmsal media malları – kitablar, filmlər, musiqi | Visa/MC | Xidmət |
36 | 5816 | Digital Goods – Games | Rəqəmsal mallar – oyunlar | Visa/MC | Xidmət |
37 | 5817 | Digital Goods – Applications (Excludes Games) | Rəqəmsal mallar – mobil əlavələr (Oyunlar istisna olmaqla) | Visa/MC | Xidmət |
38 | 5818 | Digital Goods – Large Digital Goods Merchant | Rəqəmsal mallar – iri rəqəmsal malların satıcısı | Visa/MC | Xidmət |
No | MCC | Təsvir | Visa/MC | Təsvir | |
MƏRC OYUNLARI, LOTEREYALAR VƏ DİGƏR YARIŞLARLA BAĞLI MCC-KODLAR (ÖDƏNİŞ ÜZRƏ 18%, UDUŞ ÜZRƏ 10%) | |||||
39 | 7800 | Government Owned Lottery (US Region Only) | Hökümətə məxsus lotereya (Yalnız ABŞ regionu üçün) | Visa/MC | Lotereya |
40 | 7801 | Internet Gambling (US Region Only) | İnternet mərc oyunları (Yalnız ABŞ regionu üçün) | Visa/MC | Mərc oyunları |
41 | 7802 | Government Licensed Horse/Dog Racing (US Region Only) | Hökümət tərəfindən lisenziyalaşdırılmış at və it yarışları | Visa/MC | Mərc oyunları |
42 | 7995 | Betting, including Lottery Tickets, Casino Gaming Chips, Off-Track Betting, and Wagers at Race Tracks | Mərc oyunlarına pul qoyuluşu, lotereya biletləri, kazino, Off-Track totalizatorlar və yarış totalizatorlar | Visa/MC | Mərc oyunları |
43 | 9406 | Government-owned Lottery (Specific Countries) | Hökümətə məxsus lotereya (Müəyyən ölkələr) | Visa/MC | Lotereya |
44 | 9754 | Gambling—Horse Racing, Dog Racing | Mərc oyunları – at yarışları, it yarışları | Visa/MC | Mərc oyunları |
No | MCC | Təsvir | Visa/MC | Təsvir | |
QUASİ CASH (PUL KİSƏLƏRİ İLƏ BAĞLI XİDMƏTLƏR, VƏSAİTLƏRİN GÖNDƏRİLMƏSİ ÜZRƏ 10%) | |||||
45 | 6051 | Quasi Cash—Merchant | Pul kisələri | Visa | Pul kisəsi |
46 | 6540 | Quasi Cash—Merchant | Pul kisələri | MC | Pul kisəsi |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
17 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















