Gömrük sahibkarın iradlarına cavab verdi - "YÜKDƏN ŞÜBHƏLƏNDİK"
"Bəzi kütləvi informasiya vasitələrində “Ulduz-elektron” MMC adlı şirkətin direktoru Mədət Quluzadə tərəfindən Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşlarına qarşı əsassız ittihamlar irəli sürülüb".
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxs rəhbərlik etdiyi müəssisə tərəfindən dəniz yolu ilə İrandan idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin gecikdirildiyini, gömrük orqanlarının yükü daşıyan gəmini mallarla birlikdə guya əsassız olaraq saxladığını iddia edir.
Dövlət Gömrük Komitəsi bildirib ki, Mədət Quluzadə tərəfindən saxlanıldığı iddia edilən yüklər İran İslam Respublikasından Azərbaycan Respublikasında qeydiyyatda olan “Ulduz-elektron” MMC-nin ünvanına gəmi ilə gələn və Bakı Baş Gömrük İdarəsində “döşəmə, divar və s. üçün digər lövhəciklər” yükü adı altında bəyan edilən kafel metlax və keramika məmulatlarından ibarətdir.
Yüklərə dair təqdim olunan ilkin sənədlər gömrük əməkdaşları tərəfindən araşdırılıb və adıçəkilən MMC tərəfindən gömrük orqanına bəyan olunan yükün bəyannamə üzrə 33-cü qrafada göstərilən malın kodu bölməsində qeyd edilən 691490 koduna uyğun olmaması barədə şübhə yarandığından aidiyyatı üzrə Təhqiqat bölməsində araşdırma başladılıb.
Araşdırma zamanı məlum olub ki, “Ulduz-elektron” MMC-nin ünvanına gələn və iddia edildiyi kimi 4 mart tarixində deyil, 4 iyul 2018-ci il tarixli bəyannamə üzrə bəyan olunan malların kodu Hövsan dəniz limanı postu vasitəsilə ölkə ərazisinə gətirilən gəmidə olan mallarla eynilik təşkil etmir.
Problemə aydınlıq gətirilməsi üçün gəmidə olan yüklərdən nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim edilib və bu barədə yük sahibinə məlumat verilib.
Gəminin saxlanılması barədə iddialara gəlincə isə bu barədə gömrük orqanı hər hansı yazılı və ya şifahi göstəriş verməyib.
Üstəlik, iddiaların əksinə gömrük orqanı tərəfindən gəminin aid olduğu qurumun rəhbərliyinə gəminin saxlanmasına heç bir zərurət olmadığı, yüklərin boşaldılıb gəminin buraxılması barədə məktub göndərilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
8 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı























