Bakıda Intel, Nutanix və Lenovo şirkətləri birgə konfrans keçirdi
Bakıda Intel, Nutanix və Lenovo şirkətləri müasir data-mərkəzləri üçün innovativ infrastruktur həllərinə dair birgə konfrans keçirdi.
Bir neçə gün öncə Bakının Bilgah Beach otelində yarımkeçirici komponentlərin aparıcı istehsalçısı olan Intel, korporativ bulud hesablamalarının həlləri sahəsində lider sayılan Nutanix və biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan Lenovo şirkətləri tərəfindən konfrans təşkil olunmuşdur.
"Gələcəyin Data Mərkəzi Bu Gün!" şüarıyla təşkil edilən tədbir Intel, Nutanix и Lenovo şirkətlərinin birgə infrastruktur həllərinə və məlumat mərkəzləri üçün gələcək texnologiyalara həsr olunmuşdu. Konfrans iştirakçıları Azərbaycandakı tərəfdaşların həyata keçirdiyi layihələrlə də tanış oldular.
Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer (Peter Major) qonaqları giriş sözü ilə salamlayarkən qeyd etdi ki, şirkət korporativ bulud infrastrukturunun qurulmasında uğur qazanmışdır. Nutanix, bulud mühitində iştirakını genişləndirmək məqsədilə çalışır, bu səbəbdən ortaq ekosistemin inkişafı artım dinamikasının qoruyub saxlamanılması istiqamətində ən vacib komponentə çevrilir. “"Bizim bulud üzrə mövcud həll yollarımız müasir data idarəetmə ssenarilərində xüsusilə tələb olunur, çünki şirkətlər rəqəmsal transformasiyaya kəçmək ərəfəsindədirlər.” – deyə Piter Meycer çıxışında qeyd etdi.
EMEA bölgəsində baş direktor müavini və Intelin korporativ vitse-prezidenti Dr. Michael F. Kowalik, gələcəyin məlumat mərkəzləri ilə əlaqədar söylədiyi nitqində vurğuladı ki, bu gün də hər kəsi rəqəmsal transformasiya mövzusu narahat edir. "Şirkətlər bu istiqamətdə pul qazanmaq və biznesin inkişafına diqqət yetirmək üçün kifayət qədər tez hərəkət etməlidirlər. Buna görə Intel, gələcək üçün rəqəmsal strategiyalar üçün aparıcı drayver olmaq niyyətindədir. Mövcud tərəfdaşlıq sayəsində şirkət Lenovo və Nutanix müştərilərini ən son texnologiyalarla təmin edə bilər və elə bu gün onlara biznesin sürətli transformasiyasına imkan yaradar", - deyə Kovalik qeyd edib.
Konfransın əsas hissəsini Nutanix şirkətlərin Şərqi Avropa və Rusiya üzrə texniki direktoru Maxim Shaposhnikovun çıxıışı yer aldı. Məruzəçi Nutanix-ə dünya bazarında aparıcı yer tutmağa imkan verən həllərinin üstünlüyü haqqında danışdı. "Data mərkəzlərinin daimi təkmilləşdirilməsi infrastrukturu mürəkkəbləşdirərək yeni investisiyalar tələb edir. Məlumat mərkəzinin İT-landşaftının qurulmabsı paradiqmasını dəyişdirmək tələb olunur. Nutanix tərəfindən yaradılan ekosistem proqramla təyin edilən hesablama üsulları, şəbəkə kommunikasiyaları və “hər şey daxil” prinsipi ilə məlumatların saxlanılmasından istifadə etdikdə yüksək məhsuldarlıq və imtinaya davamlılıq göstərir.” – söyləyərək Maksim Şapoşnikov qeyd etdi.
Lenovo Datacenter Group-un Azərbaycan üzrə rəhbəri Rasim Bəxşi tədbir iştirakçılarını Lenovo ThinkAgile aparat platforması ilə tanış etdi. Bona Dea International Azerbaijan hospitalında 2017-ci ilin sonunda həyata keçirilən unikal layihənin uğurları qeyd olundu. Bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləyir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. Rasim Baxşı onu da qeyd etdi ki, Lenovo şirkətinin Intel və Nutanix ilə əməkdaşlığı nəticəsində əldə etdiyi nailiyyətləri bu ilin may ayında New Orleans şəhərində (ABŞ) Nutanix.NEXT. konfransında təqdim edildi. Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair) görüş keçiriblər. Görüş zamanı Azərbaycanda həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirildi.
Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı-nın direktoru Tural Kərimli tamamladı. Yüksək Texnologiyalar Parkı əsasında tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi sahəsində Intel, Nutanix və Lenovo ilə əməkdaşlıq planları barədə məlumat verdi. Kofrans bitdikdən sonra iştirakçılar ekspertlərə onları maraqlandıran sualları qeyri-rəsmi şəraitdə ünvanlaya biləcəklər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























