Sahibkarlığa Kömək Milli Fondu “böyüklərə” kredit verib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2018-ci ilin birinci yarısında iş adamları və şirkətlərə 100 milyon 185.4 min manat güzəştli kredit verib. Cəmi 611 layihə maliyyələşdirilib.
“Marja” Fonda istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə kreditlərin 57.1%- və ya 57 milyon 171.4 min manatı kənd təsərrüfatı məhsullarının istehsalına ayrılıb. Bu istiqamət üzrə 557 layihə maliyyələşdirilib.
Fond vəsaitlərin 28.8%-ni və ya 28 milyon 859 min mnatını müxtəlif məhsullarının istehsalı və emalına, 8.7%-ni və ya 8 milyon 690 min manatını xidmətə, 3%-ni və ya 3 milyon 20 min manatını kənd təsərrüfatı məhsullarının emalına, 2.4%-ni və ya 2 milyon 445 min manatı turizmin inkişafına ay;rıb.
VƏSAİTİN 90%-Ə YAXINI 30 BÖYÜK LAYİHƏYƏ VERİLİB
Fondun ayırdığı vəsaitlərin 6.4%-ni və ya 6 milyon 364.9 min manatını 560 kiçik həcmli kreditlər təşkil edərkən, 89.5%-ni və ya 89 milyon 684.5 min manatını 30 böyük həcmli kreditlər təşkil edib. Orta həcmli kreditlərin payı isə 4.1% və ya 4 milyon 136 min manat olub.
Ayrılmış kreditlərin hesabına 7036 iş yeri yaradılacağı gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























