Azərbaycan şirkəti ilk dəfə İran və Rusiyaya ixraca başlayacaq
![Azərbaycan şirkəti ilk dəfə İran və Rusiyaya ixraca başlayacaq](/storage/thumbnail/cover/cdn/2018/august/06/1533541427.jpg)
“Bakı Tekstil Fabriki” хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı, dünyа və Avrоpа stаndаrtlаrınа uyğun 5 mindən çох çеşidli trikоtаj məhsulu istеhsаl оlunur, еyni zаmаndа, müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl ölkələrdə təşkil оlunаn trеninqlərdə və ixtisaslaşma mərkəzlərində mütəmadi iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda milli atributlar üstünlük təşkil etsin.
Bu sözləri müsahibəsində “Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə Babayeva deyib.
Ölkəmizdə sahibkarlığın, eləcə də qadın sahibkarlığının inkişafına yaradılan geniş imkanlardan, 2017-ci ildən başlanmış konkret tədbirlərin 2025-ci ilədək davamlı olaraq həyata keçiriləcəyindən söz açan S.Babayeva “Bakı Tekstil Fabriki” MMC-nin yeni strategiyası haqqında da məlumat verib.
O, fabrikin təkcə bir sferada fəaliyyət göstərmək fikrində olmadığını qeyd edərək deyib: “Nəinki məktəbli geyimləri, eyni zamanda, digər yaş kateqoriyalarına aid insanlar üçün də istehlak malları istehsal etməyi planlaşdırırıq. Bir sözlə, bizim müəssisə dövlət standartlarına uyğun müxtəlif çeşidlərdə istehlak mallarının istehsalı ilə məşğuldur. İşimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır. Ölkənin ən böyük geyim bazarlarında bizim məhsullara “Made in Azerbaijan” brendi altında rast gələ bilərsiniz”.
Onun sözlərinə görə, müəssisənin məhsullarının xarici bazarlara çıxarılması istiqamətində planlı şəkildə işlər həyata keçirilir:
“İndi əsas məqsəd, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qeyri-neft sektorunun inkişafında daha aktiv çalışmaqdır. Hazırda yerli bazarda özünəməxsus yeri olan “Bakı Tekstil Fabriki”nin adını yaxın zamanlarda İran və Rusiyadan da eşidə biləcəksiniz. Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. “Made in Azerbaijan” brendi bütün dünyada səs salacaq, “Bakı Tekstik Fabriki” də öz məhsullarını xarici bazarlara çıxaracaq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün səmərəli çalışmaq iqtidarındayıq. Mən xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qeyd etmək istəyirəm. Bu konsepsiyanın əsas məqsədi respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Dövlətimizin yaratdığı imkanlar qarşılığında biz də səylə çalışmalıyıq”.
S.Babayeva ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini bildirib. O, Azərbaycan hökumətinin ölkədə məşğulluğun və sosial aktivliyin artırılması, habelə əmək qabiliyyətli insanların potensialından maksimum dərəcədə istifadə edilməsi məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində stimullaşdırıcı tədbirlərinin əhəmiyyətini vurğulayıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
-
10 saat əvvəl
Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank: Dollar istiqrazlarının yerləşdirilməsi yekunlaşıb, 32 investor iştirak edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
"3 qadına avtomobil hədiyyə olunub" iddiasına “Azərbaycan Dəmir Yolları”ndan CAVAB
-
11 saat əvvəl
Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı
- 11 saat əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["Dəyəri milyardlarla dollardır"](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/21/IMG_6370.jpeg)
"Dəyəri milyardlarla dollardır"
![SOCAR Almaniyanın aparıcı enerji şirkətilə anlaşdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/21/54aa4c45-bd9a-4bb1-8bc0-cd311e9453e4.jpeg)
SOCAR Almaniyanın aparıcı enerji şirkətilə anlaşdı
!["Naxçıvan Bank"ın BOKT-a çevrilməsinə başlanılıb](/storage/thumbnail/thumbnail/cdn/2023/yanvar/30/naxcivanbank-kredi.jpg)
"Naxçıvan Bank"ın BOKT-a çevrilməsinə başlanılıb
![Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/Bazarstore-Bazarfest-/Bazarstore-Bazarfest.jpg)
Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı
Ən çox oxunanlar
![27 İyun tarixinə Dolların rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2023/iyun/05/dollar--1322098750-480x480.jpg)
27 İyun tarixinə Dolların rəsmi məzənnəsi müəyyən olunub
![700-dən çox gənc doğru yolu seçdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/dogruyol.jpg)
700-dən çox gənc doğru yolu seçdi!
![Maliyyə Nazirliyi 50 milyon manat da cəlb etdi - HƏRRACIN NƏTİCƏSİ](/storage/thumbnail/thumbnail/cdn/2021/Aprel/02/maliyye-nazirliyi.jpg)
Maliyyə Nazirliyi 50 milyon manat da cəlb etdi - HƏRRACIN NƏTİCƏSİ
![Azərbaycanda “Aİ-92” benzinin və dizelin bahalaşacağı bildirilir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/benzin.jpg)
Azərbaycanda “Aİ-92” benzinin və dizelin bahalaşacağı bildirilir
![Şirkət ödəmə terminalı quraşdırılmağa hazırlaşır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/million.jpg)
Şirkət ödəmə terminalı quraşdırılmağa hazırlaşır
![Azərkosmos Çexiya şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/pekasat-azercosmos.jpg)
Azərkosmos Çexiya şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb
![Malların gömrük dəyərinin müəyyən edilməsi üsulları təsdiq edildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/mal-gomruk-deyir.jpg)
Malların gömrük dəyərinin müəyyən edilməsi üsulları təsdiq edildi
![Sabirabad Sənaye Məhəlləsində yeni rezident](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/Azgreentech.jpg)
Sabirabad Sənaye Məhəlləsində yeni rezident
![DSX və DTX-dan Xəzərdə birgə əməliyyat](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/25/birge-emeliyat.png)