Qida Təhlükəsizliyi Agentliyi yaradılır
Qida məhsulları istehsalının bütün mərhələlərinə dövlət nəzarətini bu Agentlik həyata keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Fərman ilə Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.
Fərmanda deyilir:
2. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:
Komissiyanın sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
3. Komissiyaya tapşırılsın ki:
-Agentliyin əsasnaməsinin layihəsini, habelə dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edən ştat cədvəli nəzərə alınmaqla, Agentliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə səlahiyyətlərinin Agentliyə ötürülməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
-Müəyyən edilsin ki, Agentlik bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-beynəlxalq təcrübə nəzərə alınmaqla, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Agentlik ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agentliklə birlikdə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Agentliklə birlikdə Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, digər dövlət orqanları və qurumlarının Agentliyin bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Agentliyə verilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Agentliyin Kodeks Alimentarius Komissiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi təyin olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-Kodeks Alimentariusun və qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən tətbiqinin təşviq edilməsi ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
- Bu Fərmanın 5.5-ci bəndində qeyd olunan dövlət proqramı hazırlanarkən aşağıdakı prioritet istiqamətlər əsas götürülsün:
-qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, o cümlədən standartların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi;
-qida məhsullarının uyğunluğunun qiymətləndirilməsi (təsdiqi) sisteminin beynəlxalq tələblərə müvafiqliyin təmin edilməsi;
- beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatının aparılması və risk qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi;
- genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsi;
- “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, nəzarət sisteminin və mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsi;
- qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi;
-qida məhsullarının təhlükəsizliyi ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi və modernləşdirilməsi (o cümlədən laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi).
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
3 saat əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
4 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
4 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
4 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















