"Fermerlərin məhsullarını yerindəcə orta bazar qiymətinə almağa hazırıq"
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda fəaliyyət göstərən istehsalçı və satınalan təşkilat nümayəndələri ilə maarifləndirici görüşlər keçirir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən verilən məlumata görə, növbəti regional maarifləndirici müşavirə Yevlax, Ağdaş, Ucar, Göyçay rayonları və Mingəçevir şəhəri üzrə keçirilib. Yevlaxda keçirilmiş müşavirədə cəmiyyətin struktur bölmə rəhbərləri, satınalan təşkilatlar və yerli icra nümayəndələri daxil olmaqla 200 nəfər iştirak edib.
Müşavirədə çıxış etmiş “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov bildirib ki, bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, bölgədə istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsi, eləcədə təchizat səviyyəsinin yüksəldilməsi məqsədi ilə təkliflərin dinlənilməsidir. O bildirib ki, hər bir bölgədə yerləşən təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının, xəstəxanaların, hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin olunarsa rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq, yerli istehsal stimullaşacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, kiçik və orta istehsal sahələrinin dəstəklənməsidir.
Regional müşavirədə çıxış edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin departament müdiri Abbas Hacıyev tədarük prosesinə hazırlıqla bağlı məsələlərdən ətraflı bəhs edib. Cəmiyyət respublikanın istənilən bölgəsində, məhsulun həcmindən asılı olmayaraq, yerindəcə, orta bazar qiymətlərinə uyğun olaraq fermerlərdən satın alınmasına hazırdır. Məhsulu olan istehsalçılar cəmiyyətə müraciət edərək elektron portalda qeydiyyatdan keçməli, öz təkliflərini yerləşdirməlidirlər.
Daha sonra dövlət satınalan təşkilat nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, tədarük-təchizat səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı səsləndirilən təkliflər qeydiyyata alınıb, bəzilərinin dərhal icra edilməsi ilə bağlı yerindəcə struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Çıxış edənlər yanvar ayından başlamış təchizat sayəsində təhsil müəssisələrində ərzaqla təminatının yüksəldiyini diqqətə çatdırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 11 saat sonra
-
2 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















