Beynəlxalq Bank və "ASAN kadr"ın birgə layihəsi başladı
(®) "Dreamland Baku” mərkəzində Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan “#SMM2018 Business Breakfast” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən layihə rəhbəri Ləman Əhmədova bu layihənin artıq 3 ildir ki, təşkil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, layihə çərçivəsində gənclər üçün 2 aylıq ödənişsiz SMM təlimi təşkil olunacaq. Məqsəd Azərbaycan gənclərinin Sosial Media Marketinqi (SMM) peşəsinə yiyələnməsinə və əmək bazarında bu sahənin mütəxəssislərinə olan böyük tələbatdan istifadə edərək uğurlu karyera qurmasına dəstək olmaqdır:
“Bu il də layihə çox böyük maraqla qarşılandı. SMM fəaliyyətinə maraq göstərən yüzlərlə gənc təlimlərdə iştirak üçün müraciət edib. Ümid edirik ki, qarşıdakı 2 aylıq zaman hamımız üçün faydalı olacaq. Təlim zamanı əldə etdikləri bilik və bacarıqlar iştirakçılarımızı gələcək fəaliyyətlərində daha da uğurlu edəcək. Layihəyə baş sponsorluq dəstəyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürümüzü bildiririk”.
Azərbaycan Beynəlxalq Bankının Marketinq kommunikasiyaları şöbəsinin müdiri Kamal Eminov isə bildirib ki, bank gənclərin fərdi inkişafına, karyera irəliləyişlərinə hər zaman dəstək verir. “#SMM Business Breakfast” layihəsinə baş sponsorluq da Azərbaycan Beynəlxalq Bankının bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir:
“Biz “ASAN Xidmət” və onun ayrı-ayrı qurumları ilə indiyə qədər də bir sıra maraqlı layihələr həyata keçirmişik. Bəzi layihələrimizsə hələ davam edir. İnanırıq ki, “SMM2018 Business Breakfast” layihəsi də bizim ən faydalı layihələrimizdən olacaq. Gənclərin fərdi inkişafında, işgüzar əlaqələrinin formalaşmasında, karyera inkişafında böyük rol oynayacaq”.
Builki təlimlərə 60 nəfər iştirakçı qatılıb. 2016-cı ildən bəri ənənəvi olaraq keçirilən “SMM Business Breakfast” təlimlərində indiyə qədər 110 gənc iştirak edib. Onlardan 86 nəfəri təlimlərdən sonra müxtəlif şirkətlərdə SMM sahəsi üzrə işlə təmin olunub. Açılış mərasimində əvvəlki illərin məzunlarından bir neçəsi də öz uğur hekayələrini iştirakçılarla bölüşüblər.
Qeyd edək ki, təlim zamanı ölkənin tanınmış SMM mütəxəssisləri 2 ay ərzində gənc iştirakçılara bu sənətin incəliklərini öyrədəcəklər. İştirakçılar komanda quruculuğu, brend hekayəsinin yaradılması, SMM biznesi, sosial şəbəkə hesablarının idarə olunması, brendin tanıdılmasının üsul və vasitələri, kontentin hazırlanması, sosial mediada sosial məsuliyyət, KSM layihələri, qrafik dizayn, bank sektorunda ictimaiyyətlə əlaqələr, bank sektorunda rəqəmsal marketinq, vloggerlik, influencer marketinq və s. bu kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Bundan başqa, gənclərin işgüzar çevrəyə daxil olması, kommunikasiya imkanlarının genişlənməsi üçün onların ayrı-ayrı şirkətlərin rəhbər şəxsləri ilə səhər yeməyində görüşləri də təşkil olunacaq.
“#SMM2018 Business Breakfast” təliminin təşkilinə Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə yanaşı, Alliance Assist Group, Media Balans, Winter Park Hotel də dəstək verir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























