Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərsu” fantastik zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsu” fantastik zərər açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarçısı "Azərsu" ASC 2017-ci ili 508 milyon 350 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 104 milyon 571 min manat və ya 17% azdır. ASC 2016-cı ili 612 milyon 921 min manat zərər ilə bağlamışdı.

 

Reklam_3_11

“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərsu”nun cəmi gəlirləri 2017-ci ildə 2016-cı illə müqayisədə 3,7% və ya 5 milyon 908 min manat artaraq 165 milyon 745 min manat təşkil edib. Satışın maya dəyəri 85 milyon 727 min manat təşkil etdiyindən satışdan xalis gəlir 80 milyon 18 min manat təşkil edib.

 

Eyni zamanda, ASC 83 milyon 86б min manat digər gəlirlər əldə edib.

 

“Azərsu”nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon б14 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata yüskəlib.

 

6 MİLYARD MANATA YAXIN YIĞILMIŞ ZƏRƏR

 

31 Dekabr 2017-ci il tarixində “Azərsu” ASC 649 milyon 439 min manat cəmi aktivlərə, 755 milyon 799 min manat cəmi öhdəliklərə malik olub. Yığılmış 5 milyard 904 milyon 502 min manatlıq zərər 1 milyard 968 milyon 732 min manat kapitalı və 3 milyard 874 milyon 410 min manatlıq dövlət investisiyalarını silib və cəmi kapital mənfi б1 milyon 3б0 min manat olub.

 

“İnfrastruktur layihələrində əhəmiyyətli cari investisiyalar nəticəsində "Azərsu"nun cari öhdəlikləri cari aktivlərindən 31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə, müvafiq olaraq, 370 milyon 158 min manat və 457 milyon 875 min  çox olmuşdur.  "Azərsu" 31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə 508 milyon 350  min manat (2016-cı il 612 milyon 921 min manat) məbləğində xalis zərər çəkmişdir. "Azərsu"  su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət "Azərsu"nun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir”,- Hesabatda deyilir.

 

1 MANAT 41 QƏPİYƏ BAŞA GƏLİR, AMMA 74 QƏPİYƏ SATILIR

 

Hesabatda qeyd edilir ki, zərərin səbəbi su və kanalizasiya xidmətinin satış qiymətinin maya dəyərindən aşağı olmasıdır.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”)  Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır. Tarixən Qrupun əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olmuşdur.


Buna əsas səbəb Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan xidmətlər üzrə tariflərinin Qrupun su və kanalizasiya xidmətləri üzrə tam maya dəyərindən aşağı olmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aparılımış 2017-ci il üçün gəlirlər və xərclər smetasının illik icrası üzrə monitorinqin nəticələrinə əsasən Qrup üçün 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.17 AZN təşkil edir. Qrupun 2017-ci il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.41 AZN, orta satış qiyməti isə 0.74 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur”, - ASC-nin 2017-ci il üzrə hesabatında deyilir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (“Azərsu” ASC) və onun törəmə müəssisələri (“Qrup”)  100% Azərbaycan Respublikası dövlətinə məxsusdur və Azərbaycan Respublikasında su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qrupun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, Azərbaycan Respublikası ərazisində istehlakçılar tərəfindən istifadəsinin, paylanmasının və satışının mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

 

“TARİFİN ARTIRILMASI VƏZİYYƏTİ YAXŞILAŞDIRIB”

 

Hesabatda qeyd edilir ki, rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır: “Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır. Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır. Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”.

01.09.2018 06:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ